“Gizli İstiqlalçılar” filmi çəkildi

“Gizli İstiqlalçılar” filmi çəkildi
25 fevral 2018
# 22:08

“Gizli İstiqlalçılar” sənədli filminin çəkilişləri bitib və son tamamlanma işləri gedir. Kulis.azın məlumatına görə film Azərbaycanda Sovet Hakimiyyətinin ilk illərində Milli Müqavimət Hərəkatı adlandırılmış Sol Müsavat Firqəsinin qərarı ilə Bakıda gizli "İstiqlal" qəzetinin çap edilməsi haqqındadır.

ARB ARAN televiziaysının “Aranfilm” yaradıcılıq mərkəzində istehsal olunan, zəngin arxiv materiallarından və bədii səhnələrdən ibarət olan film aprel ayında ekranlara çıxacaq.

Mirzə Bala Məhəmmədzadə, Cəfər Cabbarlı, Əbdülvahab Yurdsevər, Nəsrulla İsrafilov, Hacıbaba Cəbiyev, Ələsgər Ələkbərovun obrazları canlandırılıb.

İdeya müəllifi Qulu Məhərrəmli, ssenari müəllifi və rejissor Babək Abbaszadə, operator Əminə Həsənli, məsləhətçi Asif Rüstəmli, bədii rəhbər Tahir Tahiroviç, icraçı direktor Nicat Məmmədov, prodüser İqbal Məmmədəliyevdir.

# 1005 dəfə oxunub

Müəllifin son yazıları

# # #