"Deadline" nəşri 2024-cü ilin ən çox ziyan gətirən filmlərinin siyahısını açıqlayıb
Kulis.az xəbər verir ki, birinci yeri Xoakin Feniks və Ledi Qaqanın baş rollarını paylaşdığı "Coker: İki nəfər üçün dəlilik" filmi tutub.
Filmin istehsalına 200 milyon dollar xərclənib, ancaq film istehsalçı şirkətə 144,25 milyon dollar ziyan gətirib.
Siyahıdakı digər filmlər isə bunlardır:
“Furiosa: A Mad Max Saga” – 119,6 milyon dollar zərər;
“Borderlands” – 80 milyon dollar zərər;
“Megalopolis” – 75,5 milyon dollar zərər;
“Kraven the Hunter” – 71 milyon dollar zərər.