Aşıq Ələsgərdən film çəkilir

Aşıq Ələsgərdən film çəkilir
8 iyul 2021
# 19:00

Aşıq Ələsgər haqqında sənədli film çəkilir.

Kulis.az-ın verdiyi xəbərə görə, ustad sənətkarın anadan olmasının 200 illiyi ilə əlaqədar çəkilən film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda lentə alınır.

Filmin xronometrajı 52 dəqiqədir. Əsas çəkilişlər təbiəti Aşıq Ələsgərin ana vətəni Göyçəyə bənzəyən Kəlbəcərdə aparılacaq. Eyni zamanda, Bakı, Gəncə, Göygöl, Daşkəsən, Goranboy, Tovuz, Şəmkir, Gədəbəy və Qazaxda, Türkiyə Cümhuriyyətinin Qars və İğdır vilayətlərində də çəkilişlər aparılacaq.

Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Nizami Abbas, quruluşçu operatoru Üzeyir Abbas, montaj rejissoru Mübariz Nağıyevdir. İcraçı prodüser Azad Axundov, prodüser Nazim Hüseynovdur.

# 1372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #