"2 Aile Arasında" filminin nümayiş tarixi açıqlandı

"2 Aile Arasında"  filminin nümayiş tarixi açıqlandı
5 iyun 2026
# 12:00

Ssenarisini Gülse Birselin qələmə aldığı, Ozan Açıktanın çəkdiyi BKM istehsalı olan "2 Aile Arasında" filminin nümayiş olunacağı tarix açıqlanıb.

Kulis.az xəbər verir ki, Engin Günaydın, Erdal Özyağcılar və Demet Evgarın da rol aldığı çoxdan gözlənilən komediya filmi dekabrın 4-də kinoteatrlarda tamaşaçılara təqdim olunacaq.

Gülse Birsel bu yeniliyi öz sosial media hesabı vasitəsilə maraqlı bir paylaşımla pərəstişkarlarına elan edib:

"Şəxsi mesajlarda bölüşməli, votsap qruplarına atmalı, sevinclə tullanmalı bir xəbərimiz var. "2 Aile Arasında" dekabrın 4-də kinoteatrlarda! Təqviminizdə qeyd edin, xatırladıcını qurun!"

Baş rollarını Engin Günaydın və Demet Evgarın paylaşdığı ekran işinin geniş aktyor heyətində Erdal Özyağcılar, Devrim Yakut, Ayta Sözeri, Fatih Artman, Şevket Çoruh və Devin Özgür Çınar kimi Türkiyə kinosunun sevilən və tanınmış simaları yer alıb.

Qeyd edək ki, silsilənin ilk filmi olan "Aile Arasında" 2017-ci ildə nümayişə girmişdi. Həmin ekran işi kinoteatrlarda böyük kassa uğuruna imza ataraq 3.5 milyondan çox izləyici toplamağı bacarmışdı.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər