"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri
2 fevral 2024
# 14:00

Kulis.az gənc şair Kamran Bağırlının şeirlərini təqdim edir.

Quranım ana

Həyatda ümidim, arxa, dayağım,
Böyük həyatımı quranım ana.
Bu dünya adınla bağlıdır sənin,
Qibləm səcdagahım, "Quran"ım ana.

Cənnət ətrindən özünə güc al,
Dərin xəyalınla yenə nəzər sal,
Uzun ömür yaşa, hər an belə qal
Gözümün önündə duranım ana.

Zirvəsən, özünlə çox yaşa öyün,
Məbədi olmusa həm yerin, göyün,
Səsin nəfəsimdi, eləcə döyün
Ürək tək canımda vuranım ana.

Zəfərin mübarək, azad Qarabağ

Qəlbimdən qoynuna yollar salmışam
Azadlıq eşqinlə zəfər çalmışam.
Necə də xoş xəbər səndən almışam
Zəfərin mübarək, azad Qarabağ.

Düşmənlər uduzub, haqsızlar qaçıb,
Böyük ormanlarda tər güllər açıb.
Kəlbəcər elinə günəş nur saçıb,
Zəfərin mübarək, azad Qarabağ.

Qubadlı, Zəngilan, Şuşa dağları
Nəğmədir, şeirdir yaşıl bağları.
Qalıbdı geridə yetim çağları,
Zəfərin mübarək, azad Qarabağ.

Xocavənd, Cəbrayıl bizdən alınmaz
Ayrılıq nəğməsi daha çalınmaz.
Yadların məkanı orda salınmaz
Zəfərin mübarək, azad Qarabağ.

Ağdərə, Ağdamın qırılmaz bəndi
Şanlı bir tarixdi, şəhəri, kəndi
Bizimdi Füzuli, canım Xankəndi
Zəfərin mübarək, azad Qarabağ.

Ay şəhid oğullar, sizə qurban can,
Laçın, Xocalıda axmaz daha qan,
Şirin körpə kimi dil açır hər yan,
Zəfərin mübarək, azad Qarabağ.

Ay mənin dilimin bal məhəbbəti

Xəbərdar eylədim doğmanı, yadı,
Könlümdə, dilimdə var bircə adı,
Heç vaxt itirmərəm bu şirin dadı,
Ay mənim dilimin bal məhəbbəti.

Canına verməyə can qatılıbdı,
Qanımdan qanına qan qatılıbdı,
Arıdan nə gözəl şan qatılıbdı,
Ay mənim dilimin bal məhəbbəti.

Qoxun çox şirindi, edir məni şən,
Gözumdə çiçəkdən alınmısan sən,
Səni yad əllərə vermərəm ki mən,
Ay mənim dilimin bal məhəbbəti.

Qəlbimdən gedibdi, qəmim qalıb az,
Öldürər həsrətin etsən mənə naz,
Adını çəkəndə xatırlanır yaz,
Ay mənim dilimin bal məhəbbəti.

# 2846 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

17:10 9 noyabr 2023
# # #