"Yuva" filmi yenidən nümayiş olunacaq

"Yuva"  filmi yenidən nümayiş olunacaq
19 fevral 2026
# 15:40

Hind kinosunun yadda qalan ekran işlərindən biri yenidən tamaşaçı ilə görüşəcək.

Kulis.az xəbər verir ki, məşhur rejissor Mani Ratnamın 2004-cü ildə çəkdiyi “Yuva” filmi yenidən nümayiş olunacaq.

Məlumata görə, ekran əsəri bu dəfə rəqəmsal olaraq yüksək keyfiyyətdə təqdim ediləcək. Layihənin yenidən prokata buraxılması klassik hind filmlərinə artan maraqla izah olunur. Prodüserlər bildirirlər ki, məqsəd filmi yeni nəsil tamaşaçılara da çatdırmaqdır.

Siyasi dram janrında çəkilən “Yuva” ilk nümayişi zamanı həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən müsbət qarşılanmışdı. Film xüsusilə gənclərin siyasi proseslərdə rolu və şəhər həyatının sosial ziddiyyətlərini təsviri ilə yadda qalmışdı.

Yenidən nümayiş qərarı sosial şəbəkələrdə də maraqla qarşılanıb. Kino tənqidçiləri hesab edirlər ki, filmdəki mövzuları bu gün də öz aktuallığını qoruyur və ekran əsəri yeni auditoriya tərəfindən yenidən kəşf edilə bilər.

# 1266 dəfə oxunub

Oxşar xəbərlər

“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər