“Yeşilçam”ın tanınmış aktyoru vəfat etdi

“Yeşilçam”ın  tanınmış aktyoru vəfat etdi
2 fevral 2026
# 17:18

Türkiyə kinosunun “Yeşilçam” dövrünün tanınmış aktyoru, “Battal Qazi” filmlərində “Zıpzıp” obrazı ilə yadda qalan Necdet Kökeş vəfat edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, aktyor son vaxtlar ağciyər problemləri səbəbindən nəfəs almasını yaxşılaşdırmaq məqsədilə traxeostomiya əməliyyatı keçirib. O, bu gün 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Necdet Kökeş 1944-cü ildə Adanada anadan olub. O, kino karyerasına 1970-ci ildə çəkilmiş “Bütün Sevgilər Şirin Başlayır” filmi ilə başlayıb.

Karyerası ərzində təxminən 100 filmdə rol alan veteran aktyor, xüsusilə Cüneyt Arkınla birlikdə çəkildiyi “Battal Qazi” filmlərində canlandırdığı “Zıpzıp” obrazı ilə tanınıb.

Necdet Kökeş həmçinin “Deli Domrul”, “Şaban Əsgərdə”, “Hakanlar Çarpışıyor”, “Leblebi Tozu” və “Avrupalı” kimi filmlərdə də rol alıb.

# 1317 dəfə oxunub

Oxşar xəbərlər

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər