YUĞ-da “Rindi Şeyda” PREMYERASI

YUĞ-da “Rindi Şeyda”  <span style="color:red;"> PREMYERASI
4 iyul 2016
# 10:57

6 iyul saat 19.00-a YUĞ Dövlət Teatrında “Rindi-Şeyda” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Kulis.Az-a verilən məlumata görə Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşanın ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.

Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada YUĞ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir.

Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.

Tamaşanın rejissoru Gümrah Ömər “Rindi Şeyda”nı belə şerh edir: “İlk dəfə olaraq biz “Aşiqlik”, “Eşq” mövzusuna müraciət etmişik və tamaşanın adından da göründüyü kimi, əbədi aşiq anlayışını “Psixosof” teatr poetikası vasitəsilə realizə etməyə çalışmışıq”.

# 2167 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

13:30 20 sentyabr 2026
Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

18:40 18 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

12:00 17 sentyabr 2026
Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

11:00 17 sentyabr 2026
"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

18:25 16 sentyabr 2026
"Resident Evil" kainatında yeni səhifə

"Resident Evil" kainatında yeni səhifə

12:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər