Arif Quliyevin də çəkildiyi film yayımdan qaldırıldı - Söyüşə görə

<b>Arif Quliyevin də çəkildiyi film yayımdan qaldırıldı</b> - <span style="color:red;">Söyüşə görə
23 fevral 2018
# 10:46

Fevralın 21-də premyerası baş tutan “Güləhməd” filmi kinoteatrlarda yayımdan qaldırılıb. Kulis.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xalq artisti Arif Quliyev, Əjdər Zeynalov, Natiq Fərzəliyev, aktyor Rəşad Vahidzadə, aktrisa Firəngiz Orucovanın rol aldığı komediya janrında çəkilən filmin afişalardan yığışdırılması barədə baş prodüser Vüqar Cavadov göstəriş verib.

Cəmi bir gün tamaşaçı qarşısına çıxan ekran işində qeyri-etik ifadələr işlədilib, söyüşlərdən istifadə olunub. Baş prodüser bu səbəbdən belə addım atıb. O, xəbərçi.az-a açıqlama verərək filmin rejissoru Metin Yüceli ittiham edib:

“Metin Yücelin bu işini sıfır səviyyəsində qiymətləndirirəm və filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari ("Gülcamal" filinin oğurlanmış versiyası ) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının filmdəki səhnələrini artırmaqla filmi bu günə qoydu. Bir sözlə hər şeydən bezdik, zərər etsək belə xalqımıza bu cür filmə baxmağı layiq bilmədik”.

Layihənin yayımını həyata keçirən “Park Cinema”da baş prodüserin istəyi ilə belə addım atdıqlarını bildiriblər:

"Biz baş prodüserin istəyi ilə filmi yayımdan qaldırmışıq. Ekran işində həm vulqar ifadələrdən çox istifadə olunmuşdu, həm də texniki problemlər çox idi".

# 1746 dəfə oxunub

Oxşar xəbərlər

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

17:00 13 fevral 2026
“Arzunun ardınca”  sənədli filmi nümayiş olundu

“Arzunun ardınca” sənədli filmi nümayiş olundu

16:30 13 fevral 2026
"F1"-in davamı çəkiləcək

"F1"-in davamı çəkiləcək

14:30 11 fevral 2026
Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

12:54 11 fevral 2026
"Kinematoqrafiya haqqında”  Qanun dəyişir

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

15:05 10 fevral 2026
Qanunvericiliyə “Xarici film”  anlayışı daxil edilir

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

13:44 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər