“Unudulmuş partizan” və “Qafqazdan Apenninə” filmləri İtaliyada nümayiş olunub

“Unudulmuş partizan” və “Qafqazdan Apenninə” filmləri İtaliyada nümayiş olunub
16 mart 2018
# 17:37

Bu gün İtaliyanın Monfalkone şəhərində ARB Aran Media Şirkətinin "Aran Film" Yaradıcılıq Mərkəzinin və "Nova Gorica" Kino Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 120 illiyi münasibətilə kino baxışı keçirilib.

Kulis.azın məlumatına görə "Aran Film" Yaradıcılıq Mərkəzinin istehsalı olan “Unudulmuş partizan” və “Salnamə” kinostudiyasının istehsalı olan “Qafqazdan Apenninə” filmləri nümayiş olunub.

Tədbirin reallaşmasında "Euroclima", "Immergas " şirkətləri və Sloveniya-Azərbaycan dostluq cəmiyyətinin xüsusi rolu olub. Tədbirin məhz Monfalkone şəhərində keçirilməsinin səbəbini bu şəhərin II Dünya Müharibəsi illərində İtaliya və Sloveniya torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş azərbaycanlılara doğma olması ilə izah etmək olar. Triyest, Monfalkone, Qoriça şəhərləri Azərbaycan partizanlarının ən çox mübarizə apardığı ərazilər olub.

İtalyan və sloven partizanlarının iştirakı ilə keçirilən tədbirdə professor Marina Rossinin Sovet partizanları, xüsusilə də Azərbaycan partizanları haqqında kitabının da təqdimatı keçirilib.

Triyest, Monfalkone, Qorisa şəhərlərinin ictimaiyyət nümayəndələri bu tədbirdə fəal iştirak ediblər.

Bu cür tədbirlərin avqustun 2-dək 4-5 ölkədə keçirilməsi nəzərdə tutulub.

# 2908 dəfə oxunub

Oxşar xəbərlər

Kann Film Festivalı nə vaxt başlayır?

Kann Film Festivalı nə vaxt başlayır?

16:43 1 aprel 2026
Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

12:41 31 mart 2026
"Delikanlı"nın yayım tarixi dəyişdi

"Delikanlı"nın yayım tarixi dəyişdi

10:39 31 mart 2026
Giray Altınokdan yeni serial

Giray Altınokdan yeni serial

13:07 27 mart 2026
"Harri Potter və fəlsəfə daşı"  serialının ilk treyleri yayımlandı

"Harri Potter və fəlsəfə daşı" serialının ilk treyleri yayımlandı

12:48 26 mart 2026
Ozan Güven  "GORA 4 GORA"da olacaq?

Ozan Güven "GORA 4 GORA"da olacaq?

11:27 26 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər