"Azdrama" Balakənə gedir

"Azdrama" Balakənə gedir
17 iyun 2016
# 16:17

Akademik Milli Dram Teatrının kollektivi Balakənə qastrol səfərinə yollanacaq. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, teatrın yaradıcı heyəti iyunun 21-də Balakən rayon mədəniyyət evində “Qürbətdən gələn məktublar” tamaşası ilə çıxış edəcək.

Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, Elçin Əfəndi ifa edəcək.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub.

Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə xalq artisti Əliabbas Qədirov, daha sonra xalq artisti İlham Əsgərov canlandırıb.

# 2059 dəfə oxunub

Oxşar xəbərlər

“Apokalipsis”in aktyoru vəfat etdi

“Apokalipsis”in aktyoru vəfat etdi

10:01 4 fevral 2026
Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

16:00 3 fevral 2026
“Yeşilçam”ın  tanınmış aktyoru vəfat etdi

“Yeşilçam”ın tanınmış aktyoru vəfat etdi

17:18 2 fevral 2026
Endi Vorholun yeni filmləri üzə çıxdı

Endi Vorholun yeni filmləri üzə çıxdı

12:16 30 yanvar 2026
Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

11:39 30 yanvar 2026
“Ssenaridə aktlar və keçidlər”  adlı təlim keçirildi

“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirildi

17:00 26 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər