Azərbaycan Kinematoqrafçılar İttifaqı Hökumət Evindən çıxarılır

Azərbaycan Kinematoqrafçılar İttifaqı Hökumət Evindən çıxarılır
23 yanvar 2013
# 18:36

Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) uzun illərdir fəaliyyət göstərdiyi Hökumət Evindən çıxarılır.



Bununla bağlı APA-ya açıqlamasında AKİ-nin katibi Əli İsa Cabbarov deyib. Onun sözlərinə görə, hazırda 40-a yaxın fəhlə ittifaqa məxsus əmlakını otaqlardan çıxarmaqla məşğuldur: “Əmlakımız üçün xüsusi anbar ayrılıb. Amma bu məkanı boşaltmaqla bağlı bizə heç bir sənəd göstərilməyib. Bu gün məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi gəldi. Bildirdi ki, biz binadan çıxmalıyıq. Biz sənəd tələb etdik. Bildirdilər ki, sənədi sabah göstərəcəklər. Hazırda Rüstəm İbrahimbəyov ölkədə deyil, amma məsələ ilə bağlı onu məlumatlandırmışıq. Bizə göstəriş olub ki, hökumət orqanları ilə konfliktə girmək olmaz, deyirlər çıxın, biz də çıxırıq”.

Əli İsa Cabbarov deyib ki, binadan çıxmaqla bağlı heç bir əsas göstərilməyib: “Bunun vergi problemi ilə aidiyyəti yoxdur. Sadəcə çıxarılmamız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll olunur. Artıq ittifaqımız yersiz qalır və yer tapana kimi harada fəaliyyət göstərəcəyimizi bilmirik. Amma bu o demək deyil ki, ittifaqın fəaliyyəti dayanır. Biz fəaliyyət göstərəcəyik”.

İttifaq katibi deyib ki, hazırda qurumun yerləşdiyi otaqların təhvil alınması prosesi aktlaşdırılır.

# 3321 dəfə oxunub

Oxşar xəbərlər

“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər