ƏSA Teatrından tamaşaçılara möhtəşəm təklif: “1 kitab – 1 bilet”

ƏSA Teatrından tamaşaçılara möhtəşəm təklif: “1 kitab – 1 bilet”
5 iyul 2019
# 10:21

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət İnklüziv ƏSA Teatrı 6 iyulda baş tutacaq “Adamlar və siçanlar” tamaşası üçün möhtəşəm təkliflə çıxış edib.

Bu barədə məlumatı Kulis.aza təşəbbüsün ideya müəllifi, teatrın baş meneceri Nicat Qulam verib. Onun sözlərinə görə, teatrla ədəbiyyatın vəhdətini təşkil etmək naminə tamaşaçılara yeni təklif hazırlayıblar. Belə ki, ƏSA Teatrının 6 iyul axşam saat 19:00-da Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdirəcəyi “Adamlar və siçanlar” tamaşasına 1 ədəd bədii kitab gətirən tamaşaçıya – 1 bilet veriləcək.

“1 kitab – 1 bilet” kampaniyasında iştirak etmək istəyən hər bir tamaşaçı tamaşaya gələrkən özü ilə Azərbaycan dilində və latın qrafikalı əlifba ilə çap olunmuş kitab gətirməlidir. Qeyd edək ki, 1 kitab -1 bilet deməkdir.

Nicat Qulam bildirib ki, “1 kitab – 1 bilet” kampaniyasında məqsəd ədəbiyyatla teatrın “oxucu – tamaşaçı” tandemini formalaşdırmaq, kitabsevərlərin teatra marağını artırmaqla yanaşı, teatr həvəskarlarının kitaba olan marağını yüksəltməkdir. Belə ki, bilet qarşılığında verilən kitablar növbəti sezondan etibarən mütəmadi olaraq ƏSA Teatrının tamaşaçılarına hədiyyə olunacaq. Belə ki, bilet qarşılığında verilən kitablar növbəti sezondan etibarən mütəmadi olaraq ƏSA Teatrının tamaşaçılarına hədiyyə olunacaq.

Qeyd edək ki, həmçinin "Adamlar və siçanlar" tamaşasına biletləri şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, Park Bulvar, Gənclik / 28 MALL TM'lərindən və iTicket.Az saytından online şəkildə əldə edə bilərsiniz.

# 3628 dəfə oxunub

Oxşar xəbərlər

Qadın rejissorların filmləri təqdim olunacaq

Qadın rejissorların filmləri təqdim olunacaq

15:40 12 sentyabr 2025
“Boşluğa xütbə”  filminin yaradıcı heyəti ilə görüş keçirildi

“Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirildi

14:23 12 sentyabr 2025
"Highlander" filmi təxirə salındı - Səbəb

"Highlander" filmi təxirə salındı - Səbəb

11:38 12 sentyabr 2025
"Qorxu seansı" filminin ssenaristləri bəlli oldu

"Qorxu seansı" filminin ssenaristləri bəlli oldu

17:15 11 sentyabr 2025
Maqsud İbrahimbəyovun  filmlərinin nümayişinə başlanılıb

Maqsud İbrahimbəyovun filmlərinin nümayişinə başlanılıb

12:10 11 sentyabr 2025
“Mavi dənizin sahilində”  filminin 90 yaşı tamam olur

“Mavi dənizin sahilində” filminin 90 yaşı tamam olur

10:30 11 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər