Azdramaya “Müfəttiş” gəlib- PREMYERA

Azdramaya “Müfəttiş” gəlib-<span style="color:red;"> PREMYERA
1 iyul 2016
# 12:04

Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçiriləcək


İyulun 1-də və 2-də Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova, (Anna Andreyevna), Kazım Həsənquliyev və Məzahir Cəlilov, (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin və Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Əlvida Cəfərov (Osip), Firuz Xudaverdiyev (Xristian İvanoviç Qibner), aktyorlar Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış edir.

Qeyd edək ki, M.Mikayılov Akademik Milli Dram Teatrında “Xanuma”, “Şah və şair, “İlahi oyun” tamaşalarına quruluş verib.

# 1943 dəfə oxunub

Oxşar xəbərlər

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
“Bir səfərin izi ilə”  filmi nümayiş olundu

“Bir səfərin izi ilə” filmi nümayiş olundu

10:20 5 may 2026
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək

12:15 4 may 2026
Oskar mükafatında süni intellektə məhdudiyyət qoyuldu

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyuldu

14:55 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər