Trier yeni filmi ilə aləmi qarışdırdı ORQAZM FOTOLENTİ

Trier yeni filmi ilə aləmi qarışdırdı ORQAZM FOTOLENTİ
11 oktyabr 2013
# 13:14

Danimarkalı rejissor Lars fon Trier yeni filmi “Nimfoman”dakı obrazların afişalarını ictimaiyyətə təqdim edib. Kulis.Az-ın xəbərinə görə obrazların adı ilə çap olunan 14 afişa hər bir obrazın orqazm anını əks etdirir.

L. Trierin son iki filmində rol alan Şarlotta Qainsburq, Uma Turman, Kristian Slater də filmdə çəkiliblər. Ulduz aktyorların real seks səhnələri texnologiyanın və dublyorların köməyi ilə çəkiləcək.

Əsas obraz Joenun (Şarlotta Qainsburq) cinsi həyatı üzərində qurulan film “softcore” (erotik) və “hardcore” olmaqla iki ayrı versiya ilə nümayiş olunacaq. Filmin premyerasını dekabr ayında Danimarkada təşkil olunacaq. Film eyni zamanda “Kann” Film Festivalında da göstəriləcək.

Lars fon Trier sonuncu dəfə “Kann” Film Festivalında 2011-ci ildə “Melanxoliya” filmi ilə iştirak edib. Filmin mətbuat konfransında çıxış edən Lars fon Trier antisemit olmadığını, amma Adolf Hitlerə simpatiya bəslədiyini və müəyyən mənada özünü nasist hesab etdiyini söyləmişdi. Rejissorun çıxışı qalmaqala səbəb olmuş, "Kann" Film Festivalı İdarə Heyəti L. Trieri “non qrata” elan etmiş və fikirlərini kəskin pisləmişdi. L. Trier sonradan üzr istəyərək bunun zarafat olduğunu bildirmişdi.

Bu il isə rejissor yenidən “Kann” Film festivalına dəvət edilib.

# 4868 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen 2"nin yayım tarixi açıqlandı

"Betmen 2"nin yayım tarixi açıqlandı

12:45 18 mart 2026
Emir Kusturitsa:  "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

Emir Kusturitsa: "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

13:00 17 mart 2026
Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
"Hamnet" filmindəki İngiltərə

"Hamnet" filmindəki İngiltərə

14:30 16 mart 2026
Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

10:13 16 mart 2026
Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər