Oskara gedən filmimiz Los Ancelesdə göstərilib

Oskara gedən filmimiz Los Ancelesdə göstərilib
31 oktyabr 2017
# 09:50

Azərbaycanın Oskar Mükafatına təqdim etdiyi “Nar bağı” filmi Los Ancelesdə keçirilən Asiya Dünya Film Festivalı çərçivəsində nümayiş etdirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Baş Konsulluğunun dəstəyilə keçirilən filmin təqdimatından öncə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycan kinematoqrafiyasının 1898-ci ildən başlayan tarixi, mövcud ənənələri haqqında məlumat verib və Azərbaycanın bu sahədə fəaliyyət göstərən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. “Nar bağı” filmi haqqında danışan N.Ağayev ailə faciəsindən bəhs edən bu filmin gözəl sənət əsəri olduğunu bildirib.

Çıxışında Asiya Dünya Film Festivalının rəhbərliyinə təşəkkür edən baş konsul uğurlu əməkdaşlığın artıq ikinci ildir ki davam etdiyini, 2016-cı ildə həmin Festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filminin ilk açılış filmi kimi uğurla nümayiş etdirildiyini qeyd edib.

Daha sonra Festivalın təsisçisi və icraçı direktoru Corc Şamşum çıxış edərək, Azərbaycan filminin Festival çərçivəsində iştirakından və Baş Konsulluqla əməkdaşlıqdan məmnun olduğunu bildirib. Azərbaycanın mütərəqqi inkişafından, zəngin mədəniyyəti və tarixindən danışan C.Şamşum ölkəmizin müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb.

Los Ancelesdə yaşayan və Azərbaycan icması fəallarından olan Kimiya Məmmədova çıxış edərək, “Nar bağı” filmi və filmin rejissoru İlqar Nəcəf haqqında məlumat verib. Rejissor İ.Nəcəfin müraciətini tamaşaçılara oxuyan K.Məmmədova filmin öncəki nümayişlərdə izləyicilərə dərin təəssürat bağışladığını qeyd edərək, Festivalda filmin uğurla iştirak edəcəyinə ümid etdiyini bildirib.

Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

# 1458 dəfə oxunub

Oxşar xəbərlər

Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti

Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti

13:30 20 sentyabr 2025
“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

14:38 19 sentyabr 2025
Macəra janrında “Akınak. İşquz qılıncı”  filmi çəkilir

Macəra janrında “Akınak. İşquz qılıncı” filmi çəkilir

12:47 19 sentyabr 2025
Tanınmış Hollivud aktyoru evində ölü tapıldı

Tanınmış Hollivud aktyoru evində ölü tapıldı

12:20 19 sentyabr 2025
Martin Skorsezedən yeni film

Martin Skorsezedən yeni film

11:19 19 sentyabr 2025
Ozzi Osborn haqqında yeni sənədli filmin premyerası olacaq

Ozzi Osborn haqqında yeni sənədli filmin premyerası olacaq

11:00 19 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər