Tətildə baxılası 10 film – SİYAHI

Tətildə baxılası 10 film – <span style="color:red;">SİYAHI
5 avqust 2016
# 15:07

Kulis.az tətildə baxılası filmləri təqdim edir.

1. Üç günə necə ərə getməli? – Anand Taker (2010)

Romantik komediya filmi. 29 fevral Böyük Britaniya və İrlandiyada Müqəddəs Osvaldo Günüdür. Bu tarixdə qadınlar kişilərə evlilik təklifi edirlər və kişilər buna etiraz etməməlidir. Məhz bu gün amerikan qadın Anna Bredi qərara gəlir ki, öz sevgilisinə evlilik təklifi etsin və onunla birlikdə Dublinə getsinlər.

2. Fərqli qadın – Nik Kassavets (2014)

Amerikan komediya filmi. Vəkil Karli və investor Mark. Onlar arasındakı münasibət əladır, hər şey yaxşıdır. Mark ideal kişidir və Karli romantik bir eşq yaşayacağını düşünür. Ancaq bir gün məlum olur ki, Mark evlidir və o bu evliliyi hamıdan gizlədir...

3. İtkin qadın - Devid Finçer (2014)

Detektiv triller filmi. Nik və Emi evliliklərinin beş ilini qeyd etməyə hazırlaşırlar. Bir gün Nik evə gələndə xanımını evdə tapmır. Düşünür ki, bu ya itkidir, ya da oğurluq...

4. Beyin ovçuları – Morten Tildum (2011)

Norveç filmi. Qara yumor elementli kriminal triller. Rodjer Braun filmin baş qəhrəmanı Norçevin beyin ovçusudur. O, ikili həyat yaşayır. Onlardan biri kriminaldır: incəsənət nümunələrini oğurlamaq. Braunun xanımı onu tez-tez qiymətsiz eksponatlar sahibi ilə görüşdürür. Rodjer düşünür ki, bu rəsmləri oğurlamaq üçün yaxşı imkandır. Ancaq qəhrəman öz düşmənini düzgün qiymətləndirmir.

5. Yaşıl şüa – Erix Romer (1986)

Komediya-dram filmi. 30 yaşlı qadının əri ilə münasibətindən bəhs edən gözəl bir film izləyəcəksiniz...

6. İyrənclər, kirlilər, zalımlar – Ettore Skola (1976)

Komediya filmi. Canito Maçatellonun ailəsi. Hərə bir işlə məşğuldur. Bir gün Canito bir qadın gətirir evə və onunla yaşayacağını deyir...

7. Hovuz – Fransua Ozon (2003)

Psixoloji dram filmi. Məşhur detektiv yeni roman yazmağa başlayır. Yaradıcılıq işləri ilə məşğul olan yazıçı tamam başqa bir mühitə düşür. Qaldığı evdə ev sahibinin qızı hər gün musiqiyə qulaq asır, səs-küy salır... Maraqlı bir film sizi gözləyir...

8. Yüngül davranış – Stefan Elliot (2008)

Britaniya filmi. Romantik komediya. XX əsrin 20-ci illəridir. Film gənc ingilisin gözəl və cazibədar amerikan qadınına məhəbbətindən bəhs edir.

9. Roma macəraları - Vudi Allen (2012)

Romantik komediya. Vudi Allenin gözəl bir filmi qarşınızda. Film Romada baş verir və dörd süjet xətti var. Dörd cürbəcür hekayə, fərqli-fərqli adamlar. Maraqla izləyəcəksiniz...

10. Yay – Devid Lin (1955)

Melodram filmi. Subay, elə də gənc olmayan bir qadın istirahət üçün doğulduğu Venesiyaya gedir. Ətrafdakı xoş münasibət, gözəl mənzərələr qadının tənhalığını ovutmur. Və bir gün o bir adamla tanış olur...

# 2818 dəfə oxunub

Oxşar xəbərlər

Bu, bizim keçmişimizdir, bunu danışmalıydıq" - Diktatura kinonu necə məhv eləyir?

Bu, bizim keçmişimizdir, bunu danışmalıydıq" - Diktatura kinonu necə məhv eləyir?

12:30 18 sentyabr 2025
“Atropatena” filminin çəkilişinə hazırlıq gedir

“Atropatena” filminin çəkilişinə hazırlıq gedir

15:15 17 sentyabr 2025
Küçə ticarətindən kinoya gələn böyük aktyor - Yeşilçam klassiki Tarık Akan kim idi?

Küçə ticarətindən kinoya gələn böyük aktyor - Yeşilçam klassiki Tarık Akan kim idi?

18:24 16 sentyabr 2025
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

16:51 16 sentyabr 2025
“Yaşıl çəmən”  filmi Linz Akademiyasının inkişaf proqramında

“Yaşıl çəmən” filmi Linz Akademiyasının inkişaf proqramında

13:46 16 sentyabr 2025
Gündəlik iş, eyni vərdişlər - Ehtiyaclar bizi necə dəyişdirir?

Gündəlik iş, eyni vərdişlər - Ehtiyaclar bizi necə dəyişdirir?

13:22 16 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər