Berlin Festivalının qalibləri bilindi

Berlin Festivalının qalibləri bilindi
20 fevral 2017
# 13:30

2017-ci ilin 67-ci Beynəlxalq Berlin Festivalının qalibləri açıqlanıb. Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “Qızıl ayı” mükafatı sevgi haqqında çəkilmiş macar filminə verilib.

“Bədən və ruh” adlanan filmin rejissoru İldiko Enyedidir. Rejissor film haqqında bunları deyib: “ Bu film böyük ehtirasıdır. Ancaq filmin başlanğıcında qabağınıza çıxan o incə labirintə girməsəniz, sadəcə məsafəli, soyuq insanlarla qarşılaşacaqsınız. Böyük ehtiras arxada qalacaq”. Filmdəki hadisələr Budapeştdəki qəssabxanada keçir. Rejissorun incə yumorla çəkdiyi film səxavətli, həssas ürəkli insanlar haqqındadır.

“Gümüş ayı” mükafatı isə Finlandiya rejissoru Aki Kaurismakinin “Ümidin o biri tərəfi” filminə görə verilib. İki gün əvvəl məşhur rejissor kino karyerasını bitirdiyini açıqlamışdı. Rejissor bu günə kimi 18 tammetrajlı film çəkib. “Keçmişi olmayan” adam filminə görə ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatı qazanıb.

Bu il Berlin festivalında “Ən yaxşı aktyor” adını “Gecə sahildə tənha” filmindəki roluna görə Cənubi Koreyalı aktyor Kim Min-xi qazanıb.

“Ən yaxşı kişi aktyor” kimi “Gümüş ayı” mükafatı isə “Aydın gecələr” filmindəki roluna görə Avstriya aktyoru Georg Fridirixə verilib.

“Ən yaxşı aktrisa” mükafatı “Gecə sahildə tənha” filmindəki roluna görə Cənubi Koreyalı aktrisaya təqdim olunub.

Ən yaxşı ssenari “Fantastik qadın” filminin ssenaristi Çilili Sebastiyan Lelioya verilib.

Qısametrajlı filmlərdəki “Qızıl ayı” mükafatı isə portuqal rejissor Dieqo Kosta Amarantenin “Cidade Pequena” filminə verilib.

Münsiflərin böyük mükafatına isə fransız rejissor Allain Qomisin “Felicite” filmi layiq görülüb.

Xatırladaq ki, 6 fevraldan start götürən 67-ci Beynəlxalq Berlin Festivalında 72 ölkədən 399 film göstərilib.

# 2384 dəfə oxunub

Oxşar xəbərlər

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər