ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı”

ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı”
20 iyun 2018
# 12:20

Azərbaycanın ilk və tək inklüziv ƏSA Teatrı teatr mövsümünün son premyerasını iyulun 7-də təqdim edəcək.

Bu barədə Kulis.aza məlumat verən teatrın baş meneceri Nicat Qulamın sözlərinə görə, ƏSA Teatrının təqdim edəcəyi premyera nümayişi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə bayram hədiyyəsi olaraq hazırlanıb. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 7 iyulda Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.

Nicat Qulamın sözlərinə görə, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Menecer qeyd edib ki, tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər. Həmçinin, tamaşaçılar teatr mövsümünün son premyerasını Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri ilə yanaşı, ən sevilən mədəniyyət və incəsənət nümayəndələri ilə birgə izləyə biləcəklər.

ƏSA Teatrı tamaşaçıları əmin edir ki, “Paris partladı” tamaşasının premyerasını izləməklə Azərbaycan teatrı haqqında düşüncələrini yeniləyəcəklər. Məlumat üçün bildirək ki, tamaşanın biletləri artıq şəhərimizin bir çox ünvanlarında – iTicket.az onlayn bilet satış portalında, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərində, Asan Xidmət Mərkəzlərində, həmçinin, şəhərin bütün kassalarında satılır.

Ən diqqət çəkən məqam isə odur ki, biletlər hər kəsin cibinə uyğundur – 3, 6, 9, 12, 15, 18, 22 və 30 AZN-dir. ƏSA Teatrı fəaliyyətini dəstəkləmək istəyən tamaşaçılar üçün xüsusi biletləri 500 AZN dəyərində satışa çıxarıb.

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıiğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır. ƏSA Teatrı ənənəsinə sadiq qalaraq, bu dəfə də nitq məhdudiyyətli tamaşaçılarını nəzərə alıb, tamaşanı surdo tərcümə ilə həyata keçirəcək.

# 2186 dəfə oxunub

Oxşar xəbərlər

"Həyatım mənim, kinematoqraf!" - Gənc  ömrünün 8 ilini kinoya həsr edən Səməd Mərdanov

"Həyatım mənim, kinematoqraf!" - Gənc ömrünün 8 ilini kinoya həsr edən Səməd Mərdanov

11:50 6 avqust 2026
Markesin dünya şöhrətli  əsərinə çəkilən serial təqdim edildi

Markesin dünya şöhrətli əsərinə çəkilən serial təqdim edildi

11:20 6 avqust 2026
Ata və oğulun eyni filmdə "Oskar" qazanmasının ilk nümunəsi  - Əlil arabasında film çəkən rejissor kimdir?

Ata və oğulun eyni filmdə "Oskar" qazanmasının ilk nümunəsi - Əlil arabasında film çəkən rejissor kimdir?

15:00 5 avqust 2026
“Nəsil yaddaşı” filminin növbəti beynəlxalq uğuru

“Nəsil yaddaşı” filminin növbəti beynəlxalq uğuru

10:30 5 avqust 2026
Ordunun nəzarətində film çəkən Bollivud rejissoru – Hökumət onu niyə hədələmişdi?

Ordunun nəzarətində film çəkən Bollivud rejissoru – Hökumət onu niyə hədələmişdi?

17:15 4 avqust 2026
Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

18:00 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər