“Paris Notr-Dam kilsəsi” Musiqili Teatrda...

“Paris Notr-Dam kilsəsi” Musiqili Teatrda...
18 mart 2019
# 18:20

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı, böyük dramaturq, şair, publisist Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu rejissor Samir Qulamova məxsus olan eyniadlı müzikl hazırlayır.

Sənət ocağının yeni layihəsi olan tamaşada təkcə Riccardo Konççantenin deyil, Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın və Alman bəstəkarı Carl Orffun musiqilərindən də istifadə olunacaq.

Tamaşanın süjet xəttinin əsas qayəsində xeyirxahlıq, sevgi və mərhəmət hislərinin təcəssümü durur. Dünyanın xilas yolunu ülvi hisslərdə axtaranlar dramatik və faciəvi səhnələrin yer aldığı maraqlı və ibrətamiz situasiyalarla zəngin səhnə əsərində həyatın özünü tam çılpaqlığı ilə görə biləcəklər.

Əsərdə rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Səidə Şərifəliyeva, aktyorlar Nadir Xasıyev, Elxan İsmayılov, Əliməmməd Novruzov, Rauf Babayev, Mehriban Zaliyeva, Nicat Həbibov, Aydan Həsənova, Telnaz Hüseynova, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Fərid Rzayev, Atəş Qarayev və Elnarə Nağdəliyeva ifa edəcəklər.

Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru və musiqi redaktoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.

Qeyd edək ki, Fransa və İtaliyanın məşhur müğənni-bəstəkarı Riccardo Koççante ilk dəfə “Notre-Dame de Paris” müziklını 1998-ci il sentyabrın 16-da Parisdə Fransa və Kanadanın lirik şairi Luk Plamondonun eyniadlı librettosu əsasında yaradıb. Elə həmin il ilk nümayişindən sonra qısa vaxt ərzində qazandığı böyük uğurlarına və populyarlığına görə bu müzikl Ginnesin “Rekordlar” kitabına daxil olub. 2000-ci ildə Fransanın Mogador teatrında bu musiqi əsərinin orijinalına dəyişikliklər edildikdən sonra dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrlarında nümayiş olunub, eləcə də qısaldılmış amerikan versiyası Las-Veqasda, ingilis versiyası isə Londonda təqdim edilib./azertag.az/

# 3323 dəfə oxunub

Oxşar xəbərlər

“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

14:38 19 sentyabr 2025
Macəra janrında “Akınak. İşquz qılıncı”  filmi çəkilir

Macəra janrında “Akınak. İşquz qılıncı” filmi çəkilir

12:47 19 sentyabr 2025
Tanınmış Hollivud aktyoru evində ölü tapıldı

Tanınmış Hollivud aktyoru evində ölü tapıldı

12:20 19 sentyabr 2025
Martin Skorsezedən yeni film

Martin Skorsezedən yeni film

11:19 19 sentyabr 2025
Ozzi Osborn haqqında yeni sənədli filmin premyerası olacaq

Ozzi Osborn haqqında yeni sənədli filmin premyerası olacaq

11:00 19 sentyabr 2025
Bu, bizim keçmişimizdir, bunu danışmalıydıq" - Diktatura kinonu necə məhv eləyir?

Bu, bizim keçmişimizdir, bunu danışmalıydıq" - Diktatura kinonu necə məhv eləyir?

12:30 18 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər