Gənc Tamaşaçılar Teatrı mövsümə yekun vurur

Gənc Tamaşaçılar Teatrı mövsümə yekun vurur
13 iyul 2018
# 17:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, ADGTT-nın 90-cı mövsümü repertuar tamaşalarının nümayişi ilə yanaşı yaradıcılıq planına uyğun olaraq hazırlanan yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələri ilə yaddaqalan olub. Belə ki, teatr yola salmağa hazırlaşdığı 90-cı mövsüm ərzində bir sıra yeni layihələri ilə tamaşaçıların qarşısına çıxıb. Kollektiv mövsüm müddətində 10-dan artıq beynəlxalq teatr festivalında Azərbaycan teatrını təmsil edib, bir beynəlxalq layihəyə imza atıb. Həmçinin mövsüm müddətində məktəblilər və böyüklər üçün birlikdə 12 yeni tamaşa hazırlayaraq tamaşaçıların ixtiyarına verib. Sevindirici haldır ki, Cümhuriyyətin 100 illiyi ərəfəsində ölkə başçısının sərəncamı ilə bir qrup mədəniyyət xadimlərinə fəxri adlar verilmşdir və bu adların siyahısında teatrımızın aktyorlarının da adı yer almışdır.

Teatr özünün 90-cı mövsümünə iyulun 15-də yekun vurur. Həmin gün günorta saat 14.00-da balaca tamaşaçılar üçün “Çippolino”, saat 19-da isə orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçsı Həmid Kazımzadə, tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni tamaşada rolları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Rasim Cəfərov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşviq Əliyev, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Gülbəniz Mustafayeva, Zemfira Əbdülsəmədova, Elnur Əliyev, Ceyhun Məmmədov, Mirzağa Mirzəyev, Aygün Fətullayeva, Nuranə Hüseynova, Feyruz Məmmədov ifa edəcəklər.

# 2720 dəfə oxunub

Oxşar xəbərlər

“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
“Bir səfərin izi ilə”  filmi nümayiş olundu

“Bir səfərin izi ilə” filmi nümayiş olundu

10:20 5 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər