“Azdrama”da “Zorən şorgöz” təqdim olunub

“Azdrama”da “Zorən şorgöz” təqdim olunub
30 oktyabr 2017
# 11:35

Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub.

Teatrdan APA-ya verilən məlumata görə, ingilis dramaturq Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada rolları əməkdar artistlər Nicat Kazımov (Riçard Uilli), Aslan Şirin (Corc Piqden), Mehriban Xanlarova (Ceyn Uorzinqton), Kazım Abdullayev (Müdir), aktyorlar Rəşad Bəxtiyarov (Ofisiant), Mətləb Abdullayev və Rövşən Kərimduxt (Ronni), əməkdar artist Şəlalə Şahvələdqızı (Pamela), aktyorlar Şəhla Əliqızı (Qledis), Vüsal Mustafayev (Detektiv), Dilarə Nəzərova (Mariya) ifa edirlər. Tamaşanı Dilbər İsmayılova idarə edib.

Qeyd edək ki, səhnə əsərinin ilk nümayişi 8 iyun 2013-cü ildə baş tutub.

# 3609 dəfə oxunub

Oxşar xəbərlər

“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər