Bu gün Qarabağ filmlərinin premyerasıdır

Bu gün Qarabağ filmlərinin premyerasıdır
8 may 2015
# 10:06

Mayın 8-i saat 19:00-da Nizami Kino Mərkəzində Şuşanın işğal günü ilə əlaqədar “Qara Bağ” və “İnikas” filmlərinin nümayişi keçiriləcək. Kulisin məlumatına görə hər iki qısametrajlı film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“Qara Bağ” bədii filminin ssenari müəllifi və rejissoru Amil Məmiyevdir. Film, məcburi köçkünlərin hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla göstərir. Çəkilişlər, Bakı şəhərində və Hacıqabul rayonunun Qızılburun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.

Rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırıblar.

Ssenari müəllifi və rejissor Ayşad Səfərəliyevin “İnikas” filmi isə SSRİ dövründə Ağdamda yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir. Filmdə rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və başqa aktyorlar canlandırıblar.

Film IV “Qırğızıstan – qısametrajlı filmlər ölkəsi” Beynəlxalq film festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Nümayişdən qabaq, rejissorlar Ayşad Səfərəliyev və Amil Məmiyev jurnalist və tamaşaçılara filmlər haqqında fikirlərini bölüşəcəklər.

# 2046 dəfə oxunub

Oxşar xəbərlər

Ölməz gülüş ustası - Onun ən böyük arzusu nə idi?

Ölməz gülüş ustası - Onun ən böyük arzusu nə idi?

12:30 22 mart 2026
"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir?

"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir?

11:40 22 mart 2026
Sloveniyanın RTV telekanalı Bakıda Mehdi Hüseynzadə haqqında film çəkəcək

Sloveniyanın RTV telekanalı Bakıda Mehdi Hüseynzadə haqqında film çəkəcək

16:45 19 mart 2026
"Betmen 2"nin yayım tarixi açıqlandı

"Betmen 2"nin yayım tarixi açıqlandı

12:45 18 mart 2026
Emir Kusturitsa:  "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

Emir Kusturitsa: "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

13:00 17 mart 2026
Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər