“Qu gölü” baleti 8 Marta həsr ediləcək

“Qu gölü” baleti 8 Marta həsr ediləcək
25 fevral 2019
# 14:43

Martın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

ONA xəbər verir ki, tamaşa 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunacaq.

Əsas rollarda balet truppasının aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), əməkdar artistlər Makar Ferştandt (Şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış edəcəklər. Tamaşada həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova və Kamran Qurbanov da iştirak edəcəklər.

Tamaşanın dirijoru Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.

# 3191 dəfə oxunub

Oxşar xəbərlər

“Astarada kino günləri”  başa çatdı

“Astarada kino günləri” başa çatdı

17:02 6 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
“Qeybolma”  filminin çəkilişlərinə başlanıldı

“Qeybolma” filminin çəkilişlərinə başlanıldı

14:00 6 iyul 2026
"Polis müharibələri"nin aktyoru vəfat etdi

"Polis müharibələri"nin aktyoru vəfat etdi

12:00 6 iyul 2026
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

11:46 4 iyul 2026
"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

11:00 4 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər