Yuğ teatrı festivalda qalib oldu

Yuğ teatrı festivalda qalib oldu
29 avqust 2017
# 10:34

Yuğ teatrı beynəlxalq festivalda mükafatla qayıdıb.

Kulis.az-ın teatrın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, avqustun 28-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalında iştirak edən Yuğ teatrı festivaldan mükafatla dönüb.

SSRİ-nin və Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illiyinə həsr olunmuş festivalda Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 001.” tamaşası ilə iuştirak edən teatr “Xəzər renessansı” nominasiyası üzrə diplomla təltif olunub.

Tamaşanın rejissoru Mikayıl Mikayılov və aktrisa Gülzar Qurbanova Türksoy türk mədəniyyət qurumunun məşhur türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş medala layiq görülüb.

Xatırladaq ki, festivalda Azərbaycandan başqa İrandan (“Ayna” teatr qrupu), Dağıstandan (Noqay Dövlət Dram Teatrı), Həştərxandan (Həştərxan Dövlət Dram Teatrı), Alma-atadan (Auezov adına Qazax Dövlət Akademik Dram teatrı, Janturina adına Musiqili Dram teatrı) və başqa şəhərlərdən olan teatrlar və teatr qrupları iştirak edirdi.

# 1488 dəfə oxunub

Oxşar xəbərlər

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Dövlət dəstəyi ilə istehsal ediləcək filmlərin növbəti pitçinqi keçirilib

Dövlət dəstəyi ilə istehsal ediləcək filmlərin növbəti pitçinqi keçirilib

09:26 13 sentyabr 2025
Qadın rejissorların filmləri təqdim olunacaq

Qadın rejissorların filmləri təqdim olunacaq

15:40 12 sentyabr 2025
“Boşluğa xütbə”  filminin yaradıcı heyəti ilə görüş keçirildi

“Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirildi

14:23 12 sentyabr 2025
"Highlander" filmi təxirə salındı - Səbəb

"Highlander" filmi təxirə salındı - Səbəb

11:38 12 sentyabr 2025
"Qorxu seansı" filminin ssenaristləri bəlli oldu

"Qorxu seansı" filminin ssenaristləri bəlli oldu

17:15 11 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər