Məşhur hind aktyoru Bakıda

Məşhur hind aktyoru Bakıda
28 iyun 2017
# 11:03

"Azərbaycanda olmaqdan çox xoşbəxtəm. Bu ölkə ilə tanışlığa böyük marağım var idi". APA-nın xəbərinə görə, bunu Hindistanın məşhur aktyoru, Bolivud ulduzu Avinash Sachdev Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda ən çox insanlar və onların qonaqpərvərliyini bəyənib: "Azərbaycana gələcəyim təqdirdə buranı sevəcəyimi bilirdim. Əsas istəyim Azərbaycanınmədəniyyəti ilə tanış olmaqdır".

A. Sachdev Azərbaycan filmlərini izləmədiyini qeyd edib. Aktyor əlavə edib ki, hər hansı təklif olacağı təqdirdə Azərbaycanda müəyyən layihələrdə iştirak edə bilər.

Qeyd edək ki, A. Sachdev Azərbaycan - Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycana gəlib. O, 26-30 iyun tarixlərində ölkəmizdə səfərdə olacaq. 28 iyunda A. Sachdevin "Nizami" cinema klubda imza günü və fanatları ilə görüşü nəzərdə tutulub. A. Sachdev Türkiyənin "Kanal 7" televiziyasında yayımlanan "Tatlı bəla" serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır.

# 2338 dəfə oxunub

Oxşar xəbərlər

Ölməz gülüş ustası - Onun ən böyük arzusu nə idi?

Ölməz gülüş ustası - Onun ən böyük arzusu nə idi?

12:30 22 mart 2026
"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir?

"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir?

11:40 22 mart 2026
Sloveniyanın RTV telekanalı Bakıda Mehdi Hüseynzadə haqqında film çəkəcək

Sloveniyanın RTV telekanalı Bakıda Mehdi Hüseynzadə haqqında film çəkəcək

16:45 19 mart 2026
"Betmen 2"nin yayım tarixi açıqlandı

"Betmen 2"nin yayım tarixi açıqlandı

12:45 18 mart 2026
Emir Kusturitsa:  "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

Emir Kusturitsa: "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

13:00 17 mart 2026
Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər