Yeni opera hazırlanır

Yeni opera hazırlanır
13 aprel 2018
# 09:54

Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İtaliyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi kimi Cakomo Puççininin “Madam Batterflyay” operasının tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə əsərində əsas partiyanı - Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcək.

Vətəni İtaliyada çıxış etməklə yanaşı, o həm də Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ kimi ölkələrdə uğurla keçən qastrol səfərlərində olub. Şarples rolunda isə Ukrayna Milli operasının solisti, Ukraynanın əməkdar artisti Dmitri Qrişin çıxış edəcək.

Səhnə əsərində eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro), solistlər Tural Ağasıyev (Yamadori) və Səbinə Əhmədova (Ket) iştirak edəcəklər.

Tamaşanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edəcək.

# 2677 dəfə oxunub

Oxşar xəbərlər

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

17:00 13 fevral 2026
“Arzunun ardınca”  sənədli filmi nümayiş olundu

“Arzunun ardınca” sənədli filmi nümayiş olundu

16:30 13 fevral 2026
"F1"-in davamı çəkiləcək

"F1"-in davamı çəkiləcək

14:30 11 fevral 2026
Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

12:54 11 fevral 2026
"Kinematoqrafiya haqqında”  Qanun dəyişir

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

15:05 10 fevral 2026
Qanunvericiliyə “Xarici film”  anlayışı daxil edilir

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

13:44 10 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər