"Netflix"in məşhur filminin davamı çəkiləcək

"Netflix"in məşhur filminin davamı çəkiləcək
4 iyun 2026
# 10:13

Baş rolunda Alan Ritçsonun yer aldığı "Müharibə maşını" ("War Machine") filmi platformanın bütün dövrlərin ən çox izlənən ekran işləri sırasına daxil olduqdan sonra davam filmi üçün hazırlıqlara başlanılıb.

Kulis.az xəbər verir ki, yayımlandığı gündən bəri platformada böyük tamaşaçı kütləsi toplayan ekran işi qlobal miqyasda gördüyü maraqdan sonra "Netflix" tərəfindən silsilə layihəyə çevrilir.

İlk filmdə hərbi tapşırıq simulyasiyası zamanı fövqəltəbii bir ölüm maşını ilə üz-üzə gələn çavuşu canlandıran məşhur aktyor Alan Ritçsonun yeni layihədə yer alıb-almayacağı ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Lakin birinci filmin sonunun açıq qalması onun canlandırdığı personajın geri dönüş ehtimalını xeyli gücləndirir.

Qeyd edək ki, filmin ilk hissəsinin aktyor heyətində Dennis Kueyd, Stefan Ceyms, Cay Kortni və Esay Morales kimi güclü simalar yer almışdı.

Davam filminin rejissor kürsüsündə "Killerin mühafizəçisi" ("The Hitman’s Bodyguard") silsiləsindən tanınan rejissor Patrik Hyuz yenidən əyləşəcək. Hyuz rejissorluqla yanaşı, ekran işinin ssenarisini də Ceyms Bofort ilə birlikdə qələmə alacaq.

# 1069 dəfə oxunub

Oxşar xəbərlər

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər