Ən çox qorxu yaradan film müəyyənləşib

Ən çox qorxu yaradan film müəyyənləşib
21 oktyabr 2020
# 15:47

Alimlər “Halloween” bayramı ərəfəsində ən çox qorxu yaradan filmi müəyyənləşdirib.

Britaniyanın “BroadbandChoices” şirkətinin mütəxəssisləri tamaşaçıların ürək döyüntülərini yoxladıqdan sona belə qənaətə gəlib.

Təcrübədə müxtəlif yaş qrupundan 50 nəfər iştirak edib. Tədqiqat zamanı mütəxəssislər ən çox reytinq qazanmış 50 ekran əsərinə baxış keçirməklə 120 saat vaxt sərf edib. Onlar sakit və həyəcanlı səhnələr arasında tamaşaçıların ürək döyüntülərinin say fərqini qeydə almaqla buna nəzarət ediblər.

Alınan nəticələrə görə alimlər tamaşaçıların ən çox reaksiya göstərdikləri 35 dəhşətli filmi seçiblər. Birinci yerdə ən çox qorxu yaradan film rejissor Skott Derriksonun “Sinister” ekran əsəri olub. Bu filmə baxış zamanı tamaşaçılar arasında ürək döyüntüsünün sayı 32 faiz artaraq orta hesabla dəqiqədə 86-a çatıb. Qeyd edək ki, insan sakit halda olarkən bu göstərici 65 olur.

“BroadbandChoices”in araşdırmasına görə ilk beşliyə həmçinin “Insidious” (2010), “The Conjuring” (2013), “Hereditary” (2018) və “Paranormal Activity” (2007) filmləri daxil olub. /azertag.az/

# 3319 dəfə oxunub

Oxşar xəbərlər

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər