Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"
8 iyul 2026
# 15:20

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask epik "Odisseya" filminin son treylerinin yayımlanmasından sonra məşhur rejissor Kristofer Nolanı sərt tənqid atəşinə tutub.

Kulis.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

İlon Mask bu sərt fikirləri "Odisseya"nın yeni treylerini "Nolanın karyerasındakı ən utancverici an" adlandıran "Homer Pavlos" adlı bloqerin paylaşımına cavab olaraq qeyd edib.

"Homerin irsini ləkələyir"

Mask məşhur rejissoru "Oskar" mükafatı almaq xatirinə prinsiplərindən imtina etməkdə günahlandırıb:

"O, "Oskar" almaq üçün sürünən bir soxulcandır".

Mask iddia edib ki, Nolan öz filmlərinə "woke" siyasətinə (müasir sosial ədalət və dözümlülük ideyalarına) uyğun elementlər əlavə etməklə qədim yunan şairi Homerin əzəmətli irsini təhqir edir və ləkələyir.

Qaradərili "Troyalı Yelena" qalmaqalı

Qeyd edək ki, bu mübahisələrin əsas səbəbi filmin aktyor seçimi ilə bağlıdır. Bir müddət əvvəl Nolan "Odisseya" filmində ən mühüm rollardan birini qaradərili aktrisanın ifa edəcəyini təsdiqləmişdi.

Rejissorun sözlərinə görə, "12 illik əsarət" (12 Years a Slave) filminin ulduzu əfsanələrə görə dünyanın ən gözəl qadını sayılan yunan gözəli Troyalı Yelenanı canlandıracaq. Məhz bu qərar tarixi və mifoloji dəqiqliyə əhəmiyyət verən tamaşaçıların, eləcə də İlon Maskın ciddi narazılığına səbəb olub.

# 77 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

14:00 8 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

12:30 8 iyul 2026
Məşhur reper Lermontovu oynayacaq

Məşhur reper Lermontovu oynayacaq

10:11 8 iyul 2026
Ata oğlunun gözü qarşısında niyə cinayətkara çevrildi? – 78 illik sirr

Ata oğlunun gözü qarşısında niyə cinayətkara çevrildi? – 78 illik sirr

17:33 7 iyul 2026
Corc Kluniyə fəxri "Qızıl Şir" veriləcək

Corc Kluniyə fəxri "Qızıl Şir" veriləcək

14:30 7 iyul 2026
“Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir

“Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir

13:30 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər