Kino tarixində ilk: 100 illik obraz böyük ekrana qayıdır

Kino tarixində ilk: 100 illik obraz böyük ekrana qayıdır
23 may 2026
# 11:30

"Ebbot Elementari" serialının yaradıcısı Kvinta Branson kino tarixinin ilk müstəqil qadın animasiya obrazı Betti Bupun hüquqlarını satın alaraq film hazırlıqlarına başlayıb.

Kulis.az xəbər verir ki, kino dünyası son illərin ən həyəcanverici müasir adaptasiya layihələrindən birinə şahidlik etməyə hazırlaşır.

ABC kanalının fenomen komediya serialı "Ebbot Elementari" ilə televiziya tarixinə adını qızıl hərflərlə yazdıran "Emmi" mükafatlı Kvinta Branson animasiya dünyasının demək olar ki, bir əsrlik məşhur obrazı Betti Bupu böyük ekrana daşımağa qərar verib.

1930-cu illərdən bəri ilk dəfə...

Hazırda inkişaf mərhələsində olan bu nəhəng layihə Betti Bupun 1930-cu illərdən bəri baş rolda yer alacağı ilk film olacaq.

Film bir sənətkarın dünyanın ilk animasiya ikonlarından birini yaradarkən üzləşdiyi yaradıcı təzyiqləri diqqət mərkəzinə gətirəcək.

Ekran işi bu ikonun bir müddət sonra öz azad həyatına qovuşmasını və yaradıcısı ilə əsəri arasındakı mürəkkəb münasibəti sürreal dillə təhlil edəcək.

"Stereotipləri qıran hekayə təqdim edəcəyik"

Layihə ilə bağlı həyəcanını dilə gətirən Kvinta Branson bu sözləri deyib:

"Betti Bup ölkəmizin ən sevilən cizgi film obrazlarından biridir. Demək olar ki, bir əsrdir mədəniyyətimiz üzərində səssiz, amma danılmaz bir təsiri var. Mark Fleyşerlə bir araya gəlib babasının bu obrazı yaratma hekayəsini dinləyəndə burada göstərilməli daha dərin hekayənin olduğunu düşündüm. Eynilə Bettinin özü kimi stereotipləri qıran və zamansız bir hekayə təqdim edəcəyik".

# 1021 dəfə oxunub

Oxşar xəbərlər

“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər