Kann: "Rejissorların iki həftəsi"ndə yarışacaq filmlər - Siyahı

Kann:  "Rejissorların iki həftəsi"ndə yarışacaq filmlər - Siyahı
15 aprel 2026
# 11:38

Kann kinofestivalının paralel bölmələrindən biri olan və Fransa Rejissorlar Gildiyası (SRF) tərəfindən idarə olunan "Rejissorların iki həftəsi" 58-ci buraxılışının proqramını elan edib.

Kulis.az xəbər verir ki, bədii rəhbər Jülyen Rejl Parisdə keçirdiyi mətbuat konfransında sənədli və animasiya janrlı əsərlərin üstünlük təşkil etdiyi 19 tammetrajlı filmdən ibarət siyahını təqdim edib.

Proqramda həm debütantlar, həm də dünya kinosunun tanınmış simaları yer alıb.

Açılış və bağlanış filmləri

Bölmənin açılışını rusiyalı rejissor Kantemir Balaqovun ingilis dilində çəkdiyi "Butterfly Jam" filmi edəcək. Baş rollarında Berri Keoqan, Rayli Keoq və Harri Mellinqin çəkildiyi film ABŞ-dəki çərkəz mühacirlərinin həyatından bəhs edir.

Bağlanış filmi isə məhsuldar fransız rejissoru Kanten Düpyönün "Le Vertige" adlı animasiya filmi olacaq. Rejl bu layihəni "təsnif edilə bilməyən" bir əsər kimi xarakterizə edib.

Animasiya və sənədli filmlər ön planda

Bu il sənədli və animasiya janrlarına xüsusi diqqət yetirilib:

Sənədli filmlər

Proqramda 94 yaşlı Alen Kavalyenin son işi hesab olunan "Thanks For Coming", 13 yaşlı üsyankar oğlan haqqında Maksans Vuazyönün "Gabin" debütü və Harlem intibahının işıqlı simalarından bəhs edən Devid Qrivsin "Once Upon A Time In Harlem" filmi yer alıb.

Animasiya filmləri

Kanten Düpyönün bağlanış filmindən başqa, yapon rejissoru Kohey Kadovakinin debütü "We Are Aliens" və Sebastyen Lodenbakın Sevilyadakı küçə uşaqlarından bəhs edən "Viva Carmen" ekran işləri nümayiş olunacaq.

Siyasi motivlər və fərqli baxışlar

Proqramda siyasi və sosial mövzular da geniş yer tapıb:

"Qızıl ayı" mükafatçısı rumın rejissoru Radu Jude "Diary Of A Chambermaid" adlı yeni layihəsi ilə qayıdır.

Nigeriyalı əkiz rejissorlar Arie Esiri və Çuko Esiri Virciniya Vulfun "Missis Dellouey" romanını Laqos mühitinə uyğunlaşdırdıqları "Clarissa" filmini təqdim edəcəklər. Baş rolda Sofi Okonedo çəkilib.

Argentinalı rejissor Lisandro Alonso "Double Freedom" filmi ilə 25 il əvvəlki debütünə yenidən nəzər salır.

Britaniyalı rejissor Kliyo Barnardın "I See Buildings Fall Like Lightning" filmi uşaqlıq dostlarının 30 yaşdan sonrakı həyat reallıqlarından bəhs edir.

Rid Van Dayk Kennet Brana və Hiam Abbasın rol aldığı "Atonement" debüt filmi ilə bir dəniz piyadasının İraqdakı keçmişi ilə barışma cəhdini göstərəcək.

Julyen Rejl bu il seçim komitəsinə rekord sayda — 1800 müraciət daxil olduğunu, lakin keyfiyyətli film istehsalının getdikcə çətinləşdiyini bildirib.

"Rejissorların iki həftəsi" bölməsi bu il 13-23 may tarixlərində keçiriləcək.

# 515 dəfə oxunub

Oxşar xəbərlər

"F1" filminin davamı nə vaxt çəkiləcək?

"F1" filminin davamı nə vaxt çəkiləcək?

12:15 29 may 2026
Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

11:05 29 may 2026
Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?

Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?

10:40 29 may 2026
"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

18:50 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər