“Bir səfərin izi ilə” filmi nümayiş olundu

“Bir səfərin izi ilə”  filmi nümayiş olundu
5 may 2026
# 10:20

Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Bir səfərin izi ilə” adlı sənədli filmin nümayişi olub.

Kulis.az xəbər verir ki, nümayişdən əvvəl çıxış edən layihənin müəllifi, tanınmış səyyah və jurnalist Azər Qərib film barədə məlumat verib.

O qeyd edib ki, layihə silsiləsindən iki film təqdim edilib. “Həmin ekran əsərləri Ümummilli Liderin İtaliyaya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunub. Mayın 6-da isə Ulu Öndər Heydər Əliyevin fərqli coğrafiyaları - Fransa, Böyük Britaniya, Belçika və Lüksemburq, Çin, Yaponiya və Türk dünyası istiqamətləri üzrə rəsmi səfərlərini əks etdirən ekran işlərinin nümayişi nəzərdə tutulub. Ekran əsəri “Heydər Əliyev və diplomatiya məktəbi” layihəsi çərçivəsində hazırlanıb və Ulu Öndərin zəngin irsinin, xüsusilə həyata keçirdiyi xarici siyasət strategiyasının öyrənilməsi və təbliği məqsədi daşıyır”, - deyə A.Qərib əlavə edib.

Layihə Ulu Öndərin beynəlxalq səfərləri və diplomatik fəaliyyətinin mühüm məqamlarını əks etdirərək, Azərbaycanın müasir xarici siyasətinin formalaşmasında bu fəaliyyətin rolunu geniş auditoriyaya çatdırmağı, gənclərin Ümummilli Liderin siyasi irsi ilə daha yaxından tanış olması və vətənpərvərlik ruhunun gücləndirilməsini hədəfləyir. Filmlərdə yalnız rəsmi səfərlərin protokol çərçivəsindəki məqamlarını deyil, eyni zamanda protokoldan kənarda qalan detalları da işıqlandırmağa çalışılıb.

Daha sonra qonaqlar Ümummilli Liderin İtaliya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunan filmləri izləyiblər.

# 1160 dəfə oxunub

Oxşar xəbərlər

“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər