Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır
8 yanvar 2026
# 11:20

2025-ci ilin dekabrında nümayişə çıxan “Sağ qalan” (Not Without Hope) adlı Amerika trilleri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sitatı ilə başlayır.

Kulis.az xəbər verir ki, “Sınaq anında ümidinizi itirməyin, çünki büllur yağış qara buludlardan doğur” (In our hour of adversity, be not without hope, for crystal rain falls from the black clouds), - deyə sitatda bildirilir.

Bu, filmin əsas mövzusunu — ölümcül təhlükə şəraitində sağ qalmağı və ümidi dərhal ön plana çıxarır.

Rejissor Co Karnahanın ekran işi 2010-cu ildə nəşr olunmuş Şuyler və Ceri Lonqmanın “Ümidsiz deyil” (Not Without Hope) kitabı əsasında çəkilib. Süjetin mərkəzində Meksika körfəzində güclü fırtına zamanı balıqçı qayığının qəzaya uğramasından sonra açıq dənizdə qalan dörd dostun real hekayəsi dayanır. Əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə əməliyyatı nəticəsiz qalır və həmin şəxslər həyat uğrunda mübarizəni özləri aparmalı olurlar.

# 1686 dəfə oxunub

Oxşar xəbərlər

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər