“Ad günü şamları” sənədli filminin qapalı nümayişlərinə başlanılır

“Ad günü şamları” sənədli filminin qapalı nümayişlərinə başlanılır
10 mart 2026
# 18:40

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Ad günü şamları” tammetrajlı sənədli filmi və onun nümayişi layihəsinin icrasına başlanılır.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində adıçəkilən filmin gənclər, yeniyetmələr üçün dörd xüsusi – qapalı nümayişi nəzərdə tutulur.

Bu film, İkinci Qarabağ müharibəsinə könüllü yollanan, döyüşlər zamanı öz doğum günündə hər iki gözünü itirən qazi Kamran Baxşızadənin həyatından, ümidlərindən, müharibədən sonrakı həyat əzmindən və mübarizəsindən bəhs edir.

Nümayişlər ərzində tamaşaçılarla filmin müzakirəsi də nəzərdə tutulur. Nümayişlərin keçirilməsində əsas məqsəd gənc nəsildə vətənpərvərliyin təbliği ilə yanaşı, gənc kinematoqrafçılar və onların işləri, müasir Azərbaycan kinosu ilə gənc və yeniyetmələri yaxından tanış etmək, xüsusilə sənədli kino mədəniyyətinin formalaşmasına töhfə verməkdir.

Filmin quruluşçu rejissoru Murad Allahverdi, prodüserləri Afaq Yusifli, Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy, quruluşçu operatorları Oktay Namazov, Murad Allahverdi, Afaq Yusifli, xətti prodüseri Elşad Rzayev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Oktay Namazov, səs rejissoru Nadir Mahmudov, koloristi Edka Kızıltepedir.

# 1004 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

13:30 20 sentyabr 2026
Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

18:40 18 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

12:00 17 sentyabr 2026
Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

11:00 17 sentyabr 2026
"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

18:25 16 sentyabr 2026
"Resident Evil" kainatında yeni səhifə

"Resident Evil" kainatında yeni səhifə

12:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər