Sənədli kinoya aid unikal materiallar əldə olunub - Fotolar

Sənədli kinoya aid unikal materiallar əldə olunub - Fotolar
10 fevral 2021
# 13:40

Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində Əməkdar mədəniyyət işçisi, kino veteranı Lidiya Şarkovkinanın vəfatının 40-cı günündə onun və həyat yoldaşı, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, kinooperator Vladimir Konyaginin şəxsi arxiv sənədləri ailəsi tərəfindən Belarusun Vitebsk şəhərindən Dövlət Film Fonduna göndərilib.

Film Fondundan bildirilib ki, təhvil verilmiş arxiv sənədləri hər iki kino xadiminə aid sənədlər, əlyazmalar, diplom, medal və ordenlərdən, sənədli kinoya aid unikal fotoşəkillərdən ibarətdir və bu materiallar əsasında Dövlət Film Fondunda şəxsi arxiv fondu yaradılacaq.

Qeyd edək ki, V.Konyagin Azərbaycan kinosunda 1936-cı ildən fəaliyyət göstərirdi. O, 100-dən artıq sənədli filmin, kinoxronikaların operatoru və rejissoru kimi çalışıb. Onun operatoru olduğu “Dostluq məşəli”, “Çiçəklənən Abşeron”, “Sovet Azərbaycanının 50 illiyi”, “Dirçəldilmiş torpaq” , “Respublikam haqqında həqiqət”, “Ürək yaddaşı” (K.Məmmədovla birgə), rejissor-operator kimi “Şirvanneft”, “Dənizdə möcüzə”, “Muğanın dastanı”, “Tayqa qəhrəmanı”, “Tələbə avtoqrafları”, “Vahid bayraq altında” (M.Dadaşovla birgə), “Həyat naminə” və s. onlarla filmlərin müəllifidir.

# 2586 dəfə oxunub

Oxşar xəbərlər

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
Məşhur rejissor ağır ittihamlarla üz-üzə

Məşhur rejissor ağır ittihamlarla üz-üzə

11:50 31 iyul 2025
"Happy Gilmore 2"   rekord qırdı

"Happy Gilmore 2" rekord qırdı

15:23 30 iyul 2025
Avqust ayında film axtaranlar üçün - Ən yaxşı 5 film

Avqust ayında film axtaranlar üçün - Ən yaxşı 5 film

14:30 30 iyul 2025
Kinematoqrafçılar İttifaqı qalibləri açıqladı

Kinematoqrafçılar İttifaqı qalibləri açıqladı

13:10 30 iyul 2025
# # #