ƏSA Teatrı yeni tamaşa hazırlayır – “Balaca şahzadə”

ƏSA Teatrı yeni tamaşa hazırlayır – “Balaca şahzadə”
3 iyun 2020
# 13:17

ƏSA Teatrı sayca səkkizinci tamaşasını hazırlayır.

Teatr bu dəfə fransız yazıçı Antuan de Sent-Ekzüperiyə dünya şöhrəti gətirən “Balaca şahzadə” əsərinə müraciət edib. Kulis.az-a bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib. Onun sözlərinə görə, may ayından etibarən intensiv şəkildə tamaşanın hazırlığına başlanılıb.

Qarşıdakı müddət ərzində də tamaşanın məşqləri pandemiya ilə əlaqədar sosial izolyasiya və karantin qaydalarına uyğun olaraq həyata keçiriləcəkdir. Səhnə əsərində ümumilikdə 14 aktyor iştirak edir. Nümayiş zamanı eşitmə məhdudiyyətli şəxslər üçün tamaşa sinxron şəkildə surdo-tərcümə olunacaqdır.

Sentyabr ayının sonlarında premyerası nəzərdə tutulan “Balaca şahzadə” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyilə hazırlanır.

Qeyd edək ki, tamaşa-layihəsinin rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Əbdülqəni Əliyev, baş prodüseri Nicat Qulamdır. Əsəri fransız dilindən Cavanşir Yusifli tərcümə edib.

Xatırladaq ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət İnklüziv “ƏSA” Teatrı 2016-cı ilin sentyabr ayında yaradılıb. Artıq 5-ci teatr mövsümünə başlayan teatr bu günə qədər paytaxt və regionlarımızda uğurlu layihələr həyata keçirib.

# 3069 dəfə oxunub

Oxşar xəbərlər

“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər