Natəvan və Haqverdiyevlə bağlı televiziya filmləri hazırlanır

Natəvan və Haqverdiyevlə bağlı televiziya filmləri hazırlanır
4 iyul 2020
# 10:13

2019-2020-ci il mövsümündə Azərbaycan Televiziyasında 40-a yaxın yeni veriliş efirə çıxıb. Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 2019-2020-ci il mövsümü ilə bağlı hesabatında bildirilir.


Kulis.az xəbər verir ki, yeni verilişlərdən 4-ü hazırda yaşadığımız pandemiya dövründə ərsəyə gəlib. “#Evdəqal”, “Gündəlik”, “Koronavirusİnfo” verilişləri karantin dövründə əhalini maarifləndirmək, “Eyvana çıx” verilişi isə evdə qalan insanların vaxtını daha səmərəli və maraqlı keçirmələri məqsədilə hazırlanıb.

Bundan başqa, 20-dən çox sosial çarx, 40-a yaxın bədii, sənədli film hazırlanıb. İkihissəli “Zəng” komediyası, “Son gecə”, “Sonuncu”, “Yada saldıqda səni”, həmçinin “Məmləkətim”, “Şəhərin iç sədası”, “Kəlağayı”, “Şəhidlər”, “Xocalı yol gözləyir”, “Ana və poçtalyon”, “Polkovnikin əmanəti”, “Torpaq”, “Bir dəniz hünər”, “Qoca qartalın əbədi uçuşu”, “Xalça”, “Qəlb şairi”, “Yuxu kimi”, “Yarımçıq nəğmə” və digər filmlər bu qəbildəndir.

Hazırda Xurşidbanu Natəvan və Əbdürrəhim bəy Haqverdiyevlə bağlı filmlər üzərində iş gedir.

Hesabatda bildirilir ki, kanalın maddi-texniki bazasının gücləndirilməsi, xüsusən HD yayıma keçidlə bağlı addımlar atılıb, yaxın gələcəkdə tamaşaçılar keyfiyyətcə yeni yayım formatını hiss edəcəklər. Ötən müddətdə 10-dan çox yeni və müasir tələblərə cavab verən studiya qurulub, AzTV, “Mədəniyyət” kanalı və “İdman TV” rebrendinq olunub, qrafik göstəricilər yenilənib.

“Mədəniyyət” TV-də Azərbaycanın mədəni-ideoloji həyatını təbliğ edən 12-dən çox yeni layihə hazırlanıb, son bir il ərzində 300-ə yaxın tədbir – konsertlər, tamaşalar, telelayihələr reallaşdırılıb. Pandemiya dövründə “Bizi birləşdirən mədəniyyət” şüarı altında yeni layihə çərçivəsində proqramlar, görkəmli mədəniyyət xadimləri ilə bağlı telehəftələr reallaşıb. Gələn həftədən etibarən AzTV-də şənbə və bazar günləri axşam saatlarında estrada ulduzları və muğam ustalarının canlı konsertləri yayımlanacaq.

# 4035 dəfə oxunub

Oxşar xəbərlər

“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
“Bir səfərin izi ilə”  filmi nümayiş olundu

“Bir səfərin izi ilə” filmi nümayiş olundu

10:20 5 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər