Kamranı da tanıyırıq, Həsənlini də...

Kamranı da tanıyırıq, Həsənlini də...
23 oktyabr 2014
# 13:13

Kamran Həsənli əlini yuxarı doğru apararaq futbolçulara xas hərəkət göstərib fərqli olduğunu düşünən adamdı. Bu “müğənni”di, “şoumen”di, “aparıcı”dı, “bəstəkar”dı – ona görə bu qədər işlə məşğul ola bilir ki, sadaladığım bütün sahələrin Mirmehdisini, Şərifini tanımır, əgər tanısa ar eləyər.

Kamran Həsənli – bu “aparıcı” verilişinə çağırdığı adamları tanımır, elə bil verilişi qonaqlarla tanış olmaq üçün açıb.

Allah baiskarın evini yıxsın, rəhmətlik Çingiz Mustafayev kimi dəyərli bir insanın yaradıcısı olduğu kanalda bu gün belə bir adama veriliş verilib.

Kamran Həsənli, Mirmehdi Ağaoğlunun, Şərif Ağayarın əlindən mikrofon alıb, nitq mədəniyyətindən, dinləmək etikasından danışır. İndi bunun səviyyəsini göstərəcək arqumentimə baxın: Bu adam verilişdən sonra da Şərif və Ağayarı iki ayrı adam hesab edir.

Bu ağılla bunu xalqın qarşısına çıxardırlar, qəribədir ki, arxasını çevirdiyi tamaşaçılar da onu alqışlayır. “Hərçi pətərinə lənət belə dünya”.

Ədəbiyyat və saytlardan meh havası qədər xəbərdar olan biri, Şərifi, Mirmehdini tanımamaq üçün bu ölkədə kor gəzməlidi.

Axşamkı toydan, sabahkı verilişdən başqa, heç bir fundamental gələcək proqnozu olmayan adamlar elə nə yaxşı ki, Mirmehdini, Şərifi tanımır.

Kamran Həsənli, “Biz, düzü, verilişə çox da populyar insanları çağırmamışdıq. Onlar sadəcə hərəkatın hərəkətvericiləridir, belə deyək... 3 nəfər tanınmamış insanlar idi” – deyirsən. Biz niyə tanınmalıyıq ki, biz ədəbiyyatı tanıyan adamlar onsuz da tanıyır, bir də ki, Qismət demiş: (Kamran, sən tanımazsan Qismət gənc şairdi)

Neyləyək, namusa sponsor tapaq,
Neyləyək ürəyə klip çəkdirək?

Sonda bir şey də deyim: biz ədəbiyyat adamları yüngül verilişlərə getməməliyik. Belələri bizi alçaldırlar. Bunlar o qədər mənasızdırlar ki, cinsi azlığı efirə çıxardıb “kişilik” mövzusunda danışdırırlar. Televiziyalarımızda normal debatlar, səviyyəli verilişlər də olur, ancaq onların dəvətini qəbul etmək lazımdı. Biz Folkneri oxuyub Kamran Həsənlini tanımasaq da olar.

# 6951 dəfə oxunub

Müəllifin son yazıları

# # #