"Onun dodağından busə ver, allah..." - Məhsəti Gəncəvidən Rübailər

"Onun dodağından busə ver, allah..." - Məhsəti Gəncəvidən <span style="color:red;">Rübailər
12 may 2019
# 11:30

Kulis.az Məhsəti Gəncəvinin rübailərini təqdim edir.

Görüşdə şəftəli bir bəhanədir,

Alma, üzüm, duzlu püstə, de, nədir?

Narım, alça olma, badam gözlərim,

Üzüm giləsitək yaş tökər bir-bir.

***

Gözəl, bax, bir mənəm, bir sən, nə xoş hal,

Nuş edək şərabı coşsun cah-calal.

Gecə yar zülfü tək uzansın fələk,

Sübhün açarını sən quyuya sal.

***

Könlümə yar oldu bu gecə dilbər,

Yalqız gecələrdən şikayət eylər.

Ey gecə, kədərim olsan da, getmə,

Səadət də olsan gəlmə, ey səhər!

***

Sən qəssabsan, mənsə qurbanınam, bax,

Dözərəm çatsa da sümüyə bıçaq.

Adətdir, satırsan kəsdiyini sən,

Məni öldürsən də, gəl, satma ancaq.

***

Yetməzmi, qəribə verdin işgəncə,

Cəfanın hüdudu olmazmı, səncə!?

Demişdin; Gəncədə kamə yetərsən,

İndi bu mən, bu sən, bax, bu da Gəncə!..

***

Yun əyirən oğlan mənim canımdır,

Onun zənəxdanı bir zindanımdır.

Onun dodağından busə ver, allah,

Çünki o dodaqlar can dərmanımdır!

# 2592 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
# # #