Nə qədər xatirələr oyatdınız; Qəlbimdə mənim - HAYKULAR

Nə qədər xatirələr oyatdınız; Qəlbimdə mənim - <span style="color:red;">HAYKULAR
9 noyabr 2016
# 10:00

Kulis.Az Xalq yazıçısı Elçinin tərcümə etdiyi “Bizim həyatımız: Bir şeh damlası” kitabından haykuları təqdim edir. İlk dəfə 1979-cu ildə çap olunmuş kitab Tərcümə Mərkəzinin kitabları seriyasından yenidən nəşr olunub.

Ah, oyan, tez ol!

Mənim dostum, sirdaşım ol,

Sən ey yatmış pərvanə.

***

Şair Rikanın arvadının

matəmidir

Bir nəfərlikdir örtük.

Bumbuz, qapqara qış gecəsi…

Ah, kədər!

***

Eybəcər qarğa!

Amma o da gözəldi

Qış səhəri ilk qarda!

***

Əl saxladı bir an

Çəltik döyən kəndli,

Baxdı aya

***

Payızdır. Təkəm evdə…

Neynək, meyvə yığaram

Budaqlardan.

***

Doqquzuncu ayın üçüncü günü

Ranranın qəbrini ziyarət edirəm

Sən də bunu görmüşdün —

Bu nazik orağı… Amma indi o

İşıldayır sənin məzarın üstə.

***

Bağa ilk qar düşdü!

Nərgizin bircə ləçəyi

Əyildi yavaşca

***

Mərhum şair Şenqinin bağında

Nə qədər xatirələr oyatdınız

Qəlbimdə mənim,

Siz ey köhnə bağın gilənarları…

***

Qar bürümüş hər tərəfi.

Meşədəki komada

Tənha qarı

***

Daha sahibəsi olmayan bu evin

Kandarındakı o ağ çiçək də

Üşütdü qəlbimi.

***

Məgər siz də

Güllərdən məst olmusuz,

Ey çardaq siçanları?

***

Bu narahat söyüdə ver

Həyəcanlı ürəyindəki

Kədəri, qəmi.

***

Kiçik bacımın ölümünə

Əfsus! Əlimdə

Zəifləyib səssiz-səmirsiz

Söndü atəşböcəyim.

***

Daşqalaq edin məni!

İndicə sındırdım

Çiçəkləyən gilənar budağını.

***

Ay səfeh bülbül!

Yaşıl meşə bildin

Qamış çəpəri.

# 2344 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər