Tərcüməçilik məsələləri müzakirə edildi

Tərcüməçilik məsələləri müzakirə edildi
8 may 2015
# 10:26

Mayın 7-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi Şurasının növbəti toplantısı baş tutub. Kulisin məlumatına görə toplantıda “Ölkənin ali təhsil ocaqlarında tərcüməçilik ixtisasının tədrisi” mövzusunda müzakirələr aparılıb.

Tərcümə sahəsində yaşanan problemlər, tərcümə ixtisasına yiyələnmək üzrə olan qabiliyyətli tələbələrin, təhsilini yarıda kəsib xarici ölkələrdə davam etdirməsi, tərcüməçilik ixtisası tədrisinin yenidən, beynəlxalq standartlara uyğun şəkildə qurulması, sinxron və ikinci dilin tədrisi üzrə təhsil bazasının yaradılması, professor-müəllim heyətinin xarici ölkələrdə ixtisasartırma təhsilinə cəlb edilməsi, Azərbaycan dili və ədəbiyyatı fənlərinin yazılı və şifahi tədrisinin zəruriliyi, ölkənin bütün sahələrində anlaşılmazlıq və xətalar törədən tərcüməçilərin müvafiq qurumun xüsusi razılığı əsasında fəaliyyət göstərməsinin vacibliyi və sair bu kimi məsələlərə toxunulub.

Tədbirdə Mərkəzin Elmi Şurasının sədri, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Şuranın üzvləri – Azərbaycanın Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, ADU-nun rektoru Səməd Seyidov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Turizm Universitetinin rektoru Cəfər Cəfərov, Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali Təhsil İdarəsinin müdiri Natiq Əliyev, professor Vilayət Hacıyev və başqaları iştirak ediblər.

# 1997 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər