Qaraqandan qeyri-adi jest FOTO

Qaraqandan qeyri-adi jest <span style="color:red;">FOTO
11 avqust 2015
# 15:33

Qaraqan orijinal kitaba pulu olmayan oxuculara pirat kitabları hədiyyə edir. Kulisini məlumatına görə bu barədə yazıçının rəsmi Facebook səhifəsində bildirilib.

Məlumatda qeyd olunur ki, Qaraqanın kitablarının müəllif hüquqları və satış hüquqları yalnız ona məxsusdur. Ona görə pirat dükanlarında satılan kitablara satıcı hansı qiyməti qoysa da bunu etməyə qanuni ixtiyarı yoxdur:” Azərbaycan respublikası ərazisində “Ali & Nino” mağazalar şəbəkəsindən başqa Qaraqanın "Mələk", "Evakuasiya", "Birinci Addım", "İkinci Addım" kitabları PULSUZ sizə Qaraqan tərəfindən HƏDİYYƏ edilir. Bu kitabları “Ali & Nino”dan başqa bütün digər dükanlardan PULSUZ götürə bilərsiniz.

Satıcıya bizim səhifənin rəsmi açıqlamasını göstərməyiniz kifayətdir. Amma bunu etmək məcburiyyətində deyilsiniz. İstənilən şikayətlərlə bağlı [email protected] email ünvanını bildirə bilərsiz.

Sizi POLİSLƏ hədələsələr polis əməkdaşlarına Yazıçının rəsmi Ərizəsini göstərməyiniz kifayətdir. Yazıçının pulsuz elan etdiyi məhsulu heç kəs sata bilməz. Kitabın bütün müəllif hüquqları, çap hüquqları yalnız Qaraqana məxsusdur. Satıcılarla mədəni və mülayim şəkildə danışın. Təhqir, söyüşdən uzaq olun, ictmai asayişi pozmayın, mübahisə etməyin. Sadəcə hədiyyənizi götürün. Orijinal kitaba pulu olmayan oxuculara PİRAT kitabları PULSUZ elan edirik.

# 2047 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər