Sevginin bacısı nifrət - RUS ŞEİRİ

Sevginin bacısı nifrət - <span style="color:red;">RUS ŞEİRİ
14 iyul 2016
# 13:23

Bu şeirləri tərcümə etməkdə məqsədim oxuculara gözəl sözü, əsl sözü çatdıra bilməkdi, çünki əsl şairlər bir millətə yox, bütün bəşəriyyətə məxsus olur.

Hər nə qədər “Rusiya poeziyası” deyəndə ağla ilk gələn Puşkin, Lermontov, Yesenin, Blok, Mayakovski və digərləri olsa da, nisbətən kölgədə qalmış dahilər də var. Robert Rojdestvenskini də bu siyahıya daxil etmək olar. XX əsrdə yazıb-yaradan (1932-1994) bu şairin şeirləri ədəbiyyat üçün həmişə müasir qalmaqla yanaşı klassikaya çevriləcəyinə də inanıram.

Ulucay Akif

Hər şey sevgidən başlayır

Buyururlar ki,

"Başlanğıcda Söz var idi"

Mənsə bir daha car çəkirəm ki,

“Hər şey sevgidən başlayır."

Hər şey sevgidən başlayır:

Nurlanma da,

iş də.

Güllərin ləçəkləri,

Körpənin gözləri də -

hər şey sevgidən başlayır.

Hər şey sevgidən başlayır.

Sevgidən!

Bunu dəqiq bilirəm.

Hər şey,

Hətta sevginin

əbədi, doğma bacısı nifrət də.

Hər şey sevgidən başlayır

arzu və qorxu,

şərab və barıt,

Faciə,

hüzn

və qəhrəmanlıq,

hər şey sevgidən başlayır.

Bahar pıçıldar sənə:

“Yaşa”

Və sən silkələnərsən,

Dikələrsən,

yenidən başlanarsan.

Hər şey sevgidən başlayar!

Həyat şossetək uçur

Həyat uçur şosse kimi

sevgidən sevgiyə doğru.

Planet yarı şehdədir,

yarısı qanda boğulur.

Küllükdə əriyən kömür,

Şama bənzəyir necə də!

Yarı planet şəfəqdə,

Yarı planet gecədə.

Ha qaçıram, çatammıram,

Eh, bir gör arzum hardadır!

Yarı planet yağışda,

Yarı planet qardadır.

Sənə minnətdaram, bəxtim,

Pənəcərəmə nur düşəndə!

Yarı planet məndədir,

Yarı planetsə səndə!

# 3378 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər