Qalmaqallı müsabiqənin qalibləri yalnız Kulis.Az-da

Qalmaqallı müsabiqənin qalibləri yalnız Kulis.Az-da
5 mart 2013
# 17:09

Ədəbiyyat Müsabiqəsinin münsiflər heyətinin sədri, xalq yazıçısı Mövlud Süleymanlı 21 fevralda mətbuata verdiyi qısa açıqlamada nəticələrin bir-iki günə elan olunacağını demişdi. Lakin vəd edilən vaxtdan on gündən artıq keçsə də qaliblər açıqlanmadı. Kulis.Az araşdırma apararaq qaliblərin siyahısını əldə edib. Məlum olub ki, iştirakçıların sayının az olmasına baxmayaraq hər nominasiya üzrə iki nəfər mükafatlandırılıb. Üstəlik, nizamnamə pozularaq Yaşar Qarayev və Nəcəf Nəcəfov mükafatları birləşdirilib. Bu birləşdirilmiş nominasiya üzrə də iki şəxsə mükafat verilib.

Qalibləri təqdim edirik.

Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatının iki qalibi var: Etimad BaşkeçidAlpay Azər. Bu nominasiya üzrə cəmi üç əsər vardı. Mükafat almayan yeganə əsər Varisin (Varis Yolçiyev) “Yetmiş yeddinci gün” romanıdır.

Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı Mahir Qarayev

Vaqif Bəhmənliyə verilib.

Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı Vilayət Hacıyevə təqdim olunub.

Ən yaxşı tənqid və esseistik əsərə görə verilən Yaşar Qarayev mükafatı ilə ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə təqdim edilən Nəcəf Nəcəfov nominasiyaları birləşdirilib. Həmin mükafatlar isə Vilayət Quliyev və Əsəd Cahangirə verilib.

Xatırladaq ki, mükafat komissiya heyətinin sədri Kamal Abdulla 21 yanvarda istefa verdi. O Kulis.Az-a verdiyi müsahibədə mükafatların təqdim edilməsindən sonra öz fikirlərini açıqlayacağını bildirdi.

Kamal Abdullanın arxasınca Aqşin Yenisey, Zakir Sadatlı, Azad Qaradərəli, Əsəd Qaraqaplan və Şəhriyar Hacızadə Ədəbiyyat Müsabiqəsindən çıxdıqlarını bəyan etmişdilər. Onlar bu addımlarını müsabiqənin qeyri-obyektiv keçiriləcəyi ilə izah etmişdilər.

Məsələni diqqətdə saxlayacağıq.

# 4028 dəfə oxunub

Oxşar xəbərlər

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

14:00 28 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər