“Mütərcim”in növbəti sayı nəşr olundu

“Mütərcim”in növbəti sayı nəşr olundu
6 yanvar 2016
# 15:55

Bu günlərdə “Mütərcim” ədəbi, elmi, tərcümə jurnalının yeni 45-ci buraxılışı işıq üzü görüb.

Bədii tərcümə istiqamətində ixtisaslaşmış dərgi bu sayında da dünya ədəbiyyatından nümunələrin orijinaldan dilimizə tərcümələrinə, həmçinin müasir Azərbaycan şair və yazıçılarının əsərlərinin çevirmələrinə geniş yer ayırıb. “Bədii tərcümə” rubrikasında ingilis ədəbiyyatından U.S.Moyemin “Təmənnalı izdivac”, tanınmış Misir yazıçısı İ.Ə.Qüddisin “Dilənçilərin portreti”, çex yazıçısı C.Strnadelin “Əklil”, polyak yazıçı S.Lemin “Korkoran özünü allah hesab edir” hekayələrinin və məşhur Livan şairi M.Nuaymənin şeirlərinin tərcümələri təqdim olunur. Azərbaycan yazıçı və şairlərin əsərlərinin rus dilinə yeni tərcümələri (K.Abdullanın «Тайна тайн времен», R.Əkbərin «Индикатор совести», «Усы, усики, усищи», S.Alışarlının «Брокер ханчалов», N.Əbdülrəhmanlının «Бабочка», Yaşarın «Гроб», O.Fikrətoğlunun « Тайна дракона», «Человек ветер», E.Başkeçidin «Велосипед», Pərvinin «Я… Сон… Рай…», M.Ağaoğlunun «Изображение имама» hekayələri, V.Bəhmənli, Ə.Ol, S.Babullaoğlu, S.Vəliyeva, A.Yaşar, R.Tağızadə, Z.Əzəmət, Xanəmir, D.Sevgin, K.Həsənqulu, Qismət, F.Hüseynin şeirləri) oxucuların ixtiyarına verilir.

“Elmi-filoloji” tərcümə rubrikasında A.Hacıyevin “Əsəbi mərhələnin və şəxsiyyətin portreti: qəribə adamın xatirələri” məqaləsi və İlya Erenburq yaradıcılığından “İnsanlar, illər, həyat” xatirələrinin tərcüməsi verilmişdir.

Tərcümə sənətinin problemlərinə həsr olunan “Tərcümə məsələləri” bölməsində peşəkar tərcüməçilərdən K.Nəzirlinin “Tərcümə mətnlərində ad problemi”, V.Nağıyevin “Tərcümənin bəzi problemləri”, V.Qənbərovun “Tərcümə haqqında düşüncələr”, T.Cəfərovun “Размышления над романом С.Рустамханлы «Восхождение на плаху» и уго русским переводом” məqalələri, “Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında Ə.Mirzallının “Biz niyə oxuyuruq” məqaləsi təqdim olunub. Dərgidə həmçinin S.Kəlbixanlının “Qoca çinarın naləsi” hekayəsi, Böyük Britaniya və ABŞ-da ingilis dilində nəşr olunmuş V.Sultanlının “Ölüm yuxusu” və “Müasir Azərbaycan qadın ədəbiyyatı” kitabları haqqında yazılar da işıqlandırılıb.

Отображается файл "obl_Mutarсim_45 +.jpg"Отображается файл "obl_Mutarсim_45 +.jpg"Отображается файл "obl_Mutarсim_45 +.jpg"

Отображается файл "obl_Mutarсim_45 +.jpg"

# 2336 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər