Alim Qasımov tələbələrlə görüşdə

Alim Qasımov tələbələrlə görüşdə
6 mart 2017
# 16:58

Bakı Ali Neft Məktəbində (BANM) muğam ifaçısı, Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Alim Qasımovun Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq görüşü keçirilib.

Kulis.Azın APA-ya istinadən verdiyi xəbərə görə, görüşdə Alim Qasımovla birlikdə ailə üzvləri və yaradıcı kollektivi da iştirak edib. BANM-in rektor Elmar Qasımov Alim Qasımovu Azərbaycan səhnəsinin, muğam ifaçılığının əfsanəsi adlandıraraq dahi sənətkarın həyat və yaradıcılığından danışıb.

“Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Yaponiya, İran və ABŞ kimi ölkələrdə təmsil edən sənətçimiz bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq milli musiqimizin və mədəniyyətimizin dünyaya yayılması istiqamətində əvəzsiz xidmətlər göstərib. Məhz bu fəaliyyətinə görə Alim Qasımov bir çox mükafatlara layiq görülüb”, - deyə Elmar Qasımov bildirib.

E. Qasımov görkəmli ustadı ABŞ-ın Geogetown Universiteti və İordaniyada yerləşən İslami Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olduğunu da nəzərə çatdırıb.

Alim Qasımov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirib: “Mən hesab edirəm ki, belə görüşlər ölkənin bütün ali təhsil müəssisələrində ənənəvi olmalıdır. Çünki bizim kimi həyatlarını yaradıcılığa həsr etmiş insanların - musiqiçilərin, rəssamların, aktyorların təcrübəsinə və söhbətlərinə gənclərin çox böyük ehtiyaci var”.

Sonra Alim Qasımov və qızı Fərqanə Qasımova onları müşayiət edən ansamblın iştirakı ilə muğamlardan və xalq mahnılarından parçalar ifa ediblər.

# 2353 dəfə oxunub

Oxşar xəbərlər

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər