Və bir gecə yaşadıq səninlə, o gözlərinlə...

Və bir gecə yaşadıq səninlə, o gözlərinlə...
4 sentyabr 2014
# 11:00

Kulis.Az Könül Həsənqulunun tərcüməsində Peru şairi Sesar Valeyxonun şeirlərini təqdim edir.

Kömür kimi qara gecələrdə

Kömür kimi qara gecələrdə

Ürəkdən danışaraq birlikdə

Evə qayıtdığın insan itdi

Əbədi!

Qəzəb və itaətkarlıq nümayiş etdiyin

O tin də qarət edildi!

İtdi hər şey... İtdi:

Kömür kimi gecələr, sənin bağırtın,

Rəhmətlik ananla danışıqların...

Cənub ulduzları, günəş ətirli çay süfrəsi,

Dalğalar,

Dağlar.

Və tətillər itdi,

Görüşlər...

Evinizi

Tərk etməmək üçün cəhdlər.

Hər şey itdi

Müdrikcə çəkiləcək iztirab naminə,

Bizim kainatdakı taleyimiz naminə,

O kainat ki,

Bilinmir hələ də,

Hansı səbəbdən atılmışıq onun sinəsinə.

Sentyabr

Xatırlayırsanmı:

O sentyabr gecəsində

Mənimlə

Necə xoş davrandığını?!

Mənə zülm edirsən! Sən mənimlə

Heç bir halda belə davranmalı

Deyildin axı.

Sən əzab çəkirdin: sanki mənim belə

Kədərli olmağımda

Qəbahətin vardı...

Mənə zülm edirsən! Heç özüm də

Bilmirdim, kədərimin dəqiq ünvanını.

Və daha bir gecə yaşadıq səninlə,

O gözlərinlə –

Gözlər yox, “yalvarış” deyək onlara!

Mən səninlə

Necə də

Xoş davranmışdım o gecə.

Fəqət, soyuq sentyabr səhərində

Dekabr gecələrinin göz yaşlarını

Tökdüm sənin mənə sarı

Uzanan zərif əllərinə.

# 3144 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər