Kamal Abdulla Umberto Eko ilə görüşüb

Kamal Abdulla Umberto Eko ilə görüşüb
15 dekabr 2014
# 16:47

Müəllifi olduğu “Yarımçıq əlyazma” romanının İtaliyada keçirilən təqdimat mərasimlərinə qatılan Kamal Abdulla dünya şöhrətli yazıçı Umberto Ekonun dəvəti ilə onunla evində görüşüb.

Umberto Eko Kamal Abdullanı dünyanın ən məşhur kitabxanaları ilə müqayisə olunacaq dərəcədə zəngin kitabxanası ilə tanış edib, qədim əlyazmalardan tutmuş müasir nəşrlərə qədər seçilmiş nadir nüsxələr barədə maraqlı məlumatlar verib.

Görüş zamanı Kamal Abdulla Azərbaycan haqqında, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, ölkəmizdə mövcud olan tolerant və multikultural mühit, “Kitabi-Dədə Qorqud” dastanları və qədim yunan, Roma mifləri arasındakı səsləşmə, Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğalı faktı, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti və digər ədəbi-mədəni konseptual məsələlərlə bağlı Umberto Eko ilə fikir mübadiləsi aparıb.

Kamal Abdullanın Sandro Teti Nəşriyyatı tərəfindən italyan dilində çap olunmuş “Yarımçıq əlyazma” romanını oxuduğunu bildirən Umberto Eko belə bir romanla yazıçını təbrik edib və ona öz ürək sözlərini çatdırıb.

Görüşdə iştirak edən nəşriyyat müdiri Sandro Teti Umberto Ekoya professor Franko Kardininin romana yazığı ön sözlə bağlı sual verib: “Professor Kardini ön sözdə qeyd edir ki, Kamal Abdulla, heç şübhəsiz, qraf Pototski, dahi Manzoni və həmçinin professor Ekonun bəyənib təqdir edəcəyi bir əsər ilə bizi onlar kimi təəccübləndirir və çaşqınlıq yaradır. Professor Kardiniyə inanmaq olarmı?” Suala dahi yazıçı gülümsəyərək belə cavab verib: “Bu məsələdə mənimlə bağlı professor Kardiniyə inanmaq olar, Manzoni ilə bağlı isə o, bu dünyada olmadığından Allahdan soruşmaq lazımdır.”

Görüş əsnasında Kamal Abdulla professor Umberto Eko və xanımını Azərbaycana dəvət edib. Dəvət ev sahibləri tərəfindən məmnuniyyətlə qəbul edilib.

Kamal Abdullanın İtaliyada iştirak etdiyi tədbirlər – Roma Kitab Yarmarkası, televiziya, radio və qəzetlərdə olan təqdimat və intervülər, xüsusən, Umberto Eko ilə görüş haqqında saytımız tərəfindən daha ətraflı məlumat veriləcək.

# 2411 dəfə oxunub

Oxşar xəbərlər

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər