Konçita elə İsa Məsihdi

Konçita elə İsa Məsihdi
13 iyun 2014
# 11:13

Kulis. Az şair Paşa Qəlbinurun “Konçita Vürst” essesini təqdim edir.

Son Avroviziya musiqi yarışmasında Avstriyanın nümayəndəsi Konçita Vürst qalib gəldi, böyük xal fərqi ilə. “Böyük” sözünü xüsusilə vurğulayıram! Avropanın musiqi beşiyi öz şah nəğməsini bizlərə bəxş etdi.

Çoxları onun transseksual azlıqların nümayəndəsi olmasını və xarici görünüşündəki qəribəlikləri (“saqqallı qadın”) nəzərdə tutub hiddətlərini müxtəlif sözlərlə ifadə edirdilər.

Mən bu cinsi azlıqların nümayəndələrini patoloji mutasiyanın nəticəsində fərqli, xəstə doğulmuş insanlar sayıram və bir həkim kimi talassemiyalı xəstəyə necə baxıramsa, hansı hissləri keçirirəmsə, onlara qarşı da həmin duyğuları keçirirəm. Çox dərindən mütəəssir oluram və təəssüflənirəm ki, onlar yaşadıqları ölkələrdən asılı olaraq az və ya çox dərəcədə əzabkeşdirlər.

İkincisi, bu xəstəliyin əzabkeşlərini həkim səhvinin “qurban”ları sırasına daxil edirəm. Çünki həkim-pediatrlar, genetiklər, endokrinoloqlar müasir təbabətin imkanlarından qədərincə yararlanıb, doğuşdan sonrakı ilk günlərdə uşağın əsl cinsiyyətini xarici əlamətlərinə görə deyil, mahiyyətinə görə (endokrin sisteminin fəaliyyətini nəzərə almaqla) müəyyənləşdirə bilsələr, bu körpələr böyüyəndən sonra cinsiyyətlərini dəyişdirib məlum azlıqların çox-çox ölkələrdə təqib olunan çoxluğunu yaratmazdılar. (Həkimlər kliniki ölümü əsl ölümdən elmin bugünkü inkişaf səviyyəsindən yararlanıb seçdikləri, ayırdıqları kimi).

Əgər hər hansı dünyaya gələn körpə böyüyəndə cinsiyyətini dəyişməsə, qız elə qız kimi tanınsa, oğlan da oğlan kimi, onda nə gey paradlara, nə də təqiblərə və ya müdafiələrə ehtiyac qalmazdı!...

Xülasə... Konçita Vürst niyə böyük xal fərqi ilə qalib gəldi? Ona görə ki, bu performansı hazırlayan komanda, ya bəlkə bir professional, bu gün bu sahədə dünyada tayı-bərabəri olmayan istedad sahibidir.

Qarşıya qoyulan məqsəd ideal yönümlü musiqini çox-çox nüfuzlu mənbədən təlqin etmək, onu Peyğəmbər duası kimi dünya əhalisinə qəbul etdirmək olub.

Günəş göylərdən hamının üstünə necə ələnirsə, elə…

Bir ifaçıda hamının (kişi, qadın, ana, uşaq…) özünün-özünü görməsini təmin etmək üçün təşkilatçılar çox riskli bir eksperimentə əl atmışdılar…

Musiqi gözəl, şer yüksək əyarlı, ifa olanın üstündə idi. Ancaq bu deyilənlər belə böyük fərqli qələbə üçün kifayət deyildi.

İfaçı İsa Peyğəmbərin surətindəydi. İsa Peyğəmbər yalnız xaçpərəstlərin deyil, həm də müsəlmanların Peyğəmbəridir axı. Onun duaları demək olar, bütün Yer kürəsi əhalisi tərəfindən qəbul olunur. O gün oxuyan, zahiri və daxili aləmiylə birin-birə eyni olan çarmıxdan indicə endirilmiş İsa Məsih idi. O nəğmə deyildi, Peyğəmbər duasıydı!

O dualar xaçpərəstlərə və müsəlmanlara birləşin! – deyirdi, münaqişələrə, ikili standartlara, terrorizmə, qarşıdurmalara yox! – deyirdi.

Oxuyan adamın cinsiyyəti yoxuydu. O, həm kişiydi, həm qadın, həm uşaq, həm Ana… Müxtəlif rəngli parçalardan, dəridən, daşlardan, iplərdən toxunan Nizami Gəncəvi, Eynşteyn, Nehru pannoları kimi. Yox, yox o canlı idi. Ancaq ona toxunmaq mümkünsüz idi (“ne trojte muzıku rukami” – A. Voznesenski). O, başdan ayağa nəğmədən və duadan ibarət idi.

Ey mənim mühafizəkar, hörmətli opponentim! Sən mənə etiraz edə bilərsən. Bir insanda kişi, qadın, uşaq, ana ruhu ola bilməz deyərsən.

Ay kişilər, əsl kişilər! Siz bilirsinizmi artıq genetika elmi sübut edib ki, bizim bir gözümüz atamızdan, bir gözümüz anamızdan gəlib. Və bizim hər gözümüz o tərəfdə nə müsbət və mənfi xüsusiyyətlər, əlamətlər varsa onu özündə cəm edib.

Hər gen cütünün bir surəti (kopyası) anadan, digəri atadan gəlir. Alimlər belə bir eksperiment ediblər: Əgər portretin (şəklimizin) sol yarısından (üzün sol yarısı) iki nüsxə götürüb (birini güzgüdə çevirib) bir bütöv üz (sima) yaratsaq, anamıza, bacımıza oxşayacaq, sağ tərəfdən eyni qurama atamıza, qardaşımıza.

Beyinin sol yarımkürəsi kişi (ata) bazisində, sağ isə qadın (ana) təməlindədir. Və hər yarımkürə bədənin əks tərəfindəki orqan, əza və ətrafları idarə etdiyi üçün, bu eksperimentin nəticələri belə alınır.

Bir üz-gözü qadın olan kişi, necə deyə bilər ki, mən yüz faiz kişiyəm.

Gecə yarı həyat yoldaşımız uzun yuxusuzluqdan bərk yuxuya gedəndə, körpəmizin üstünü örtəndə biz anayıq, bəlkə anadan daha həssasıq, istənilən yaşda, başda olsaq da, bir gözəl bizi aldadanda uşağıq, uşaqdan daha betərik. Elə deyilmi, kişilər?!.

Konçita Vürst İsa Məsihin obrazında nəğməsini dualarla Günəşin şüaları kimi, dünya əhalisinin ürəyinə çiləyən qadın, kişi, uşaq, Ana idi. Oxuyan insan deyildi, ruh idi. O həssaslıqda, o zirvədə onu bir daha tapmaq olmaz. O, görüntülərdə qaldı. O, din pərdəsiylə ikiyə bölünmüş dünya əhalisinə nəğməyə çalınmış, Günəşə bələnmiş dualar çilədi, getdi…O, böyük, möhtəşəm sülhə, birliyə gedən yolun əvvəliydi…

# 5155 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər